Page 284 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 284
fına baxdı; qapının üstündәki şüşәdәn zәif işıq düşürdü
vә yarıqaranlıqda qorxunc vәziyyәtdә donub-qalmış
mәlәyi, onun gözlәrini, qanadlarını gördü, bunlara buy-
nuz vә quyruq da әlavә olunanda var gücüylә qışqırdı:
– Vito!
Ancaq heç kim gәlmәdi, şeytan isә hәrәkәt elәmәyә
başladı, birdәn yatağın ayaq tәrәfindә Mavrikin cәsәdi
peyda oldu vә Kikonun sәsi evi başına götürdü:
– Vito!
Ancaq Domi içәri girdi.
– Niyә belә hay-küy qaldırmısan? Zәhmәt olmasa,
de görüm, sәnә nә lazımdı?
– Su, – Kiko dәrhal sakitlәşәrәk dillәndi, çünki işıq-
da, Domi yanında olduğuna görә şeytan yenә dönüb
mәlәk, Mavrik isә yaşıl plastmas qorşok oldu. Domi ona
su gәtirdi:
– İç.
O, bir qurtum aldı:
284 – Hә, Domi.
Domi donquldandı:
– Bir dә su-zad istәmә, bil ki, gәlmәyәcәyәm.
O, yenә “Hә, Domi” deyib, yatağa yıxıldı. Gözlәrini
tezcә yumdu ki, necә qaranlıq düşdüyünü görmәsin,
ancaq qapının sәsini eşidib bir gözünü açdı vә yarıqa-
ranlıqda әlindә böyük şpris tutmuş Lonxinosu, arxada
isә domuşub xәncәrini bәrk-bәrk sıxmış Əsgәri sezdi –
elә bil bu saat onun üstünә tullanacaqdı. Özünü saxlaya
bilmәyib yenә qışqırdı:
– Vito! – onun sәsindәn Lonxinos hәrәkәtә gәldi,
Əsgәr isә dikәldi vә Kiko adyalı başına çәkib ağlaya-
ağlaya qışqırdı: – Vito, Vito, bura gәl!
Ancaq yenә Domi içәri girdi; işığı yandırıb, әllәrini
qoynuna qoyaraq, onun çarpayısının yanında dayandı.
– De görüm, indi ürәyin nә istәyir? – istehzayla so-
ruşdu.
Lonxinos daha Lonxinos deyildi, ona heç oxşamırdı
da – üstündә bardaq olan kitab rәfi, Əsgәr dә üstünә sә-
liqәylә onun paltarı qoyulmuş güllü kreslo idi.