Page 286 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 286
– Hә, – Kiko mızıldandı.
– Mәnim balam nәdәn qorxur?
Kiko әlini adyalın altından çıxarıb anasının әlini ax-
tardı. Ana onun әlini ovcuna aldı vә Kiko bu әlin nicat-
verici istisini hiss elәdi.
– Sәn burda olmayanda şeytan uçub gәldi, saçım-
dan tutub mәni vә Mavriki cәhәnnәmә apardı, sonra
Lonxinos mәnә iynә vurdu, Əsgәr xәncәrlә mәni öl-
dürmәk istәdi, Kabus isә…
– Ay aman, gör nә qәdәr hadisә olub. Bunları sәnә
kim danışır, Kiko?
Anasının sәsi onu sakitlәşdirirdi, ona lay-lay deyir-
di, alaqaranlıqda indi hәr şey öz adi qaydasında görü-
nürdü.
– Domi, – Kiko dedi.
– Ay sәni, Domi, – anası deyindi.
Yuxu onu çәkib aparırdı, ancaq barmaqları heydәn
düşәnә kimi, iki dәfә dә anasının әlini sıxdı. Ana bir neçә
286 dәqiqә dә onun yanında oturdu, sonra ehtiyatla dikәldi,
Kikonun әlini adyalın altına qoyub, barmaqlarının ucun-
da otaqdan çıxdı. Mәtbәxin yanından keçәndә, Domi
qarşısına çıxdı.
– Ona nә lazımıydı, senyora?
– Mәnim әlim, – Ana dedi.
– Sizin әliniz?
– O qorxurdu.
– Hә-ә.
Domi kövrәldi.
– Gör ana әli uşaq üçün nә demәkdi, – o dedi.
Ananın sifәti sәrtlәşdi.
– Sonrası pis olur, günlәrin bir günü ana yanlarında
olmayanda, ya birdәn başa düşәndә ki, anaları da qor-
xur, onların hamısı kimi qorxur, bax, onda pis olacaq.
Ən pisi dә odur ki, onda әllәri heç hara çatmayacaq.
   281   282   283   284   285   286   287   288   289   290   291