Page 291 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 291
finə
don Lino adlı birisidi. Görünür, bicin biridi, – o güldü. – 291
Dәfinәni keçәn üçüncü gün tapıb, aydındı?! Ancaq su-
sub, dünәnә kimi ağzını açmayıb, sonra nәdәn qorxub
Pablitoya zәng vurduğu mәlum deyil. Elә bil Pablito onu
tanıyır. Bu don Lino susmaq istәyib, ancaq yaxşıca dü-
şünüb vә son anda qorxub. Pablito, tәbii ki, tapıntının
tәsadüfi olduğunu deyir, ancaq mәn buna qәtiyyәn
inanmıram. Detektorla gәzirmiş, heç kim mәni fikrim-
dәn döndәrә bilmәz. Hәddindәn artıq tapdanmış yerdi,
inanılası deyil ki, küp, az qala üzdә olsun, heç kim dә
onu indiyә qәdәr görmәsin.
Xeronimo maşını sol zolaqla qovurdu. Paketdәn şir-
ni çıxarıb ağzına qoydu. Maşınlar ardı-arası kәsilmәyәn
axınla şütüyürdülәr. Xeronimo kәdәrli mavi gözlәrini
yoldan ayırmırdı. Nәsә xatırlayıbmış kimi, dodaqlarında
tәbәssüm sezildi.
– Zavallı don Virxilio! – şirnini sora-sora dedi. – İndi
tapıntıya sevinәrdi! İkinci Koqotas – o, hәmin yeri belә
adlandırırdı – yarım әsr onun hobbisi olmuşdu. Sәnin ki
yadındadı. Ancaq etiraf elәmәk lazımdı ki, onun bu yer-
lәrlә bağlı mәqalәsindә tәcrübәsizlik hiss olunsa da, vic-
danla yazılmışdı.
Xeronimo susdu, ancaq yenә danışmağa baş-
layanda, dodaqlarından tәbәssüm hәlә çәkilmәmişdi.
– Polkovnik böyük adam idi! İşinin üstündә әsirdi,
burda hәr daşı tanıyırdı, hәr şey haqqında danışmasa da,
harda nәyin çatışmadığını bilirdi! Yadımdadı, biz tanış
olanda yağış yağırdı, o isә uzanıb gedәn divarları, iri
daşları öz mülkündәki tikililәrdәn daha fәxrlә göstәrirdi.
Xeronimonun ötmәk istәdiyi sarı “Sitroen” köhnә-
köşkül “Seat”ı keçib sola çıxdı. Bәrk tormoz verib, sağa
qayıtmaq lazım gәldi.
– Ehtiyatlı ol!
– Bu zırrama mәnә yol vermәliydi.