Page 294 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 294
– Pila bu dilemmanı qarşımda gündә on dәfә qo-

yurdu. Ancaq hәr şeyin necә qurtardığını görürsәn. Üç

burnufırtıqlı uşaqdan başını qaşımağa vaxtı yoxdu.

Xeronimo sükanı buraxıb, әllәrini yellәyәrәk dedi:

– Bu elә deyil, Pako, mәsәlәni bәsitlәşdirmә. Biz

Qaqa ilә uşaq istәmirik. Bәlkә, heç evlәnmәdik dә.

Baş direktorun kömәkçisi baş barmağıyla hәlә dә

tәhlükәsizlik kәmәrini çәkib uzadırdı. Fikrә gedib, üst

dodağını dişlәdi.

– Hәrfi mәnada başa düşmәk lazım deyil... ancaq bi-

lirsәn, Pila da uşaq istәmirdi. Hәlә onlardan söz salanda

dәhşәtә gәlirdi. Çox incәydi, çanağı dar idi, özgә dә bu-

na oxşar şeylәr... Ancaq indi, buyur: beş ildә üç uşaq!

Analıq instinkti bir gün işә düşür.

Xeronimo başını yırğaladı.

– Sәn mәni başa düşmәk istәmirsәn, Pako. Qaqa heç

dә incә-mincә deyil, çanağı da hәmçinin. Sadәcә ailә

294 qurmağın әleyhinәdi, özündәki analıq hissini boğmaq
istәyir. Deyir, arxeologiyadan çәkdiyi bәsidi; bir yana ba-

xanda, görürsәn, düz deyir.

Magistral yol qurtardı; kәnarlarına ağac әkilmәmiş

şose, boz zolaq kimi uzanıb üfüqdә yoxa çıxırdı. Kilsәnin

ucaldığı sol tәrәfdә mavi sәmadan kәsilmiş kimi görü-

nәn saman evlәriydi, irәlidә isә yaşıl taxıl zәmisinin vә

zәminin ortasında ada kimi qaralan şam ağaclarının

arxasında sıralanan tәpәlәr, uzaqlardakı mәnzәrәnin

önünü kәsirdi. Baş direktorun kömәkçisi yenә öz iri da-

lını oturacaqdan ayırdı.

– İstidi? – Xeronimo әlini qızdırıcı cihaza tәrәf uzat-

dı.

– Lazım deyil. Hәr şey yaxşıdı. Bircә yatmaq istә-

yirәm. Canıyanmış Tatu hәr gecә oyanıb, әtini kәsir-

lәrmiş kimi çığırır. Rahatlıq vermir bizә. Pedro deyir ki,

televizorun ucbatından uşaqların gecәlәr qorxmağı әlli

faiz artıb. Ancaq, bәlkә, mәsәlә bunda da deyil!
   289   290   291   292   293   294   295   296   297   298   299