Page 297 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 297
finə

Don Lino sanki qarnının qurultusunu gizlәtmәk MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
üçün alnını qırışdırıb stulda qurcuxdu. Sәsi boğuq çıxdı,
dediklәri inandırıcı görünmürdü: 297

– Əslindә dәfinәni tәpәdә yox, qaladan yuxarıda,
yanğından qorunmaq üçün qazılmış xәndәkdәn tapmı-
şam. Mәn ora traktorla qalxmışdım, çünki işçim demişdi
ki, xәndәyi kol-kos basıb. Bu isә xәndәyin olmamasın-
dan daha betәrdi; bircә qığılcıma bәnddi, başa düşürsü-
nüz?

Xeronimo indicә gәtirilәn yemәyә toxunmadan diq-
qәtlә ona baxırdı. Don Lino susanda, ittihamçı görkә-
miylә onun üstünә düşdü.

– Ancaq mәnim mәlumatıma görә, tәpә icma torpa-
ğıdı. Nәdi, yalnız camaata olan sevginizә, icmaya qulluq
göstәrmәyin xatirinә bu xәndәyi tәmizlәmәk istәyirdi-
niz?

Don Lino zorla gülümsәmәyә çalışdı. Kömәk
istәyirmiş kimi, Pablitoya baxdı.

– Siz mәni başa düşmәk istәmirsiniz, – dodaqlarını
büzüb, nәhayәt, dillәndi. – Əlbәttә, tәpә icmanındı, an-
caq cәnub yamacda mәnim mülküm – şamlığım var,
yanğın olsa, aydındı ki, ona da toxunacaq. Ona görә get-
mişdim ki, xәndәyi kol-kosdan tәmizlәyim, riskә yol
vermәyim.

Xeronimo yemәyә girişdi; gözünün ucuyla hәmsöh-
bәtinә baxaraq tez-tez yeyirdi. Yemәyi qurtarıb, boşqabı
kәnara itәlәdi, salfet tapmayıb, dodaqlarını süfrәnin kә-
narıyla sildi.

– Demәli, xәndәyi tәmizlәmәyә başlayırsınız vә
birdәn küpün üstünә çıxırsınız, belәcә, çox sadә, – o, elә
bil söhbәtini dayandırdığı yerdәn davam elәdi. – Sizә
qәribә gәlmirmi ki, necә olsa da, öz işini bilәn Polkovnik
ömrünün yarısını bu tәpәdә heç bir әmәli nәticә әldә
etmәdәn keçirmişdi, günlәrin bir günü isә siz traktorda
gәzmәyә çıxdığınız yerdә dәfinә tapırsınız?

Don Lino asqıracaqmış kimi, burun deşiklәrini
şişirtdi, gülümsәyib qeyri-müәyyәn cavab verdi:
   292   293   294   295   296   297   298   299   300   301   302