Page 302 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 302
mәkçisini irәli buraxdı. Pablito vә Xeronimo arxada gә-

lirdilәr.

– Sәn onun üstünә yaman çox düşmüşdün, – Pablito

astadan dedi. – Bu istintaq nәyә lazımdı? Linoda detek-

tor olduğunu kim sübut elәyә bilәr?

Xeronimo gödәkcәnin zәncirini çәkib bağladı, әlini

şalvar cibinә soxub çiynini çәkdi.

– Mәn heç nә sübut elәmәyә çalışmırdım, elә niy-

yәtim dә yoxdu. Sadәcә, istәmirәm ki, sәnin dostun mә-

ni axmaq yerinә qoysun.

– Hardan ağlına gәldi ki, o, mәnim dostumdu?

– Vacib deyil, Pablo, dost, yoldaş, nә cür istәyirsәn

adlandır, hamısı eyni şeydi.

Pablo qәfil onun qoluna toxundu:

– Bağışla, bankın direktoru artıq gözlәyir.

O, addımlarını yeyinlәdib, don Linoyla baş direk-

torun kömәkçisini keçdi.

302 Qırmızı mәrmәrdәn tikilmiş әzәmәtli binanın
böyük lövhә asılmış şüşәli qapısının önündә göy paltolu

yaşlı bir kişi onlara gülümsәyirdi. Pillәlәri qalxa-qalxa

Pablito onları tanış etdi, sonra bank direktoru şübhәylә

böyür-başına baxıb qapıları açdı. Yenә qapını örtüb, bu

dәfә içәridәn bağladı. Kimsәsiz genis pationun dәrinli-

yindә zәrif zolaqları olan qırmızı mәrmәr pillәkәn zir-

zәmiyә enirdi. Direktor yolu kәsәn qalın tünd-qırmızı

şnuru götürüb işığı yandırdı.

– İçәri birinci girdiyimә görә bağışlayın, – o dedi.

Zirzәmidә yenә şübhәylә pillәkәnin başına baxdı,

açarla әllәşib, bütün bәdәniylә itәlәyib zirehli qapını

açdı. Divar boyu nömrәli yeşiklәrin düzüldüyü, eni-

uzunu üç metr olan kamera kolumbarini xatırladırdı. Di-

rektor açarı çıxarıb Pablitoya gülümsәdi:

– Deyәsәn axı sizdә ikincisi olmalıdı?

Baş direktorun kömәkçisi, Xeronimo vә Lino kame-

ranın qapısında gözlәdilәr. Pablito qırmızı keçә kisәni

gәtirәndә, direktor onları qonşu otağa dәvәt edib, gur
   297   298   299   300   301   302   303   304   305   306   307