Page 303 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 303
finə
işığı oval formalı stola düşәn lampanı yandırdı vә MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
üzrxahlıq elәyib otaqdan çıxdı. Kisәnin içindәkilәri
ehmalca cilalı stola tökәn Pablitonun yenә üzü gülürdü. 303
– Əlibabanın sәrvәti, – o, zarafat elәdi.
Boyunbağılar, qolbaqlar, üzüklәr, toqqalar, tanalar,
qızıl vә gümüş sırğalar bir-birinә qarışaraq stola sә-
pәlәndi. Onları görәndә baş direktorun kömәkçisi fit
çaldı, don Lino bir az kәnara çәkilib bic-bic gülümsәdi.
İlk olaraq Xeronimo özünә gәlib cәvahiratı bir-birindәn
ayırmağa çalışdı. Fikrini bildirmәk üçün daş-qaşa bir
dәfә göz gәzdirmәk ona kifayәt etdi:
– Geyim bәzәyinin tәrkib hissәlәri. Dәmir әsrinin
ikinci dövrünün sonu, – bilici mәntiqiylә yığcam şәkildә
dedi.
Sanki bu sözlәr dәvәt kimi sәslәndi. Pablito vә baş
direktor kömәkçisinin әllәri tәlәsik dәfinәyә doğru uzan-
dı, әvvәlcә çәkinә-çәkinә, sonra utancaqlığı atıb onları
çәk-çevir elәmәyә, dolaşıqlarını açmağa, ayırmağa
başladılar. Hәmin vaxt don Lino aralıdan durub, oyun-
caqlarla oynayan uşaqlara baxırmış kimi, onları seyr elә-
yirdi. Üç arxeoloq hәvәslә hәr әşyanın mәziyyәtini
vurğulayaraq, qısa kәlmәlәrlә fikir mübadilәsi edir, ilk
kәlmәdәn bir-birlәrini anlayırdılar. Pablito qızıl qolbağı
götürüb onu baş direktorun kömәkçisinә göstәrdi.
– Bax, Pako, inanmıram ki, spiral formalı lentәoxşar
qolbaqlar Pireney yarımadasında әvvәllәr tapılmış
olsun, – don Linonu qiymәtә mindirmәk üçün fәxrlә
dedi.
Mәmnun qalmış baş direktorun kömәkçisi razılıqla
başını tәrpәtdi, eynәyinin qalın şüşәlәrinin altında göz-
lәri lap kiçilmişdi. Qızıl sancağı ehmalca qaldırıb,
eynәyinә yaxınlaşdırdı, әlindә o tәrәf-bu tәrәfә çevirdi;
dәfinәyә o qәdәr aludә olmuşdu ki, deyәrdin, indicә se-
liyi axacaq. Gülümsәdi. Hәyәcanını gizlәdib, nәhayәt,
dillәndi:
– Sәn dediyin sancaqdı?