Page 301 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 301
finə

haqqınız çatır, çünki mәblәğin ikinci yarısı dәfinәnin MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
tapıldığı torpaq sahәsinin sahibinә verilir.
301
Don Linonun sәsi bir az da kәdәrli çıxdı.
– Yox, dәfinәni tapdığım kolluq Xamonesin sәrhә-
dindәdi, mәnim yerimsә Pobladura de Anta torpağının
içindәdi. Sәrhәd, yanğından qorunmaq üçün qazılmış
xәndәkdi, vur-tut bir neçә metr yuxarıdan keçir.
Baş direktorun kömәkçisi göz qapaqlarını endirib
nәyәsә gülümsәdi.
– Onda mәsәlәni dövlәt hәll edәcәk.
– Əslindә, bu torpaq sahәsi heç kimindi, başqa cür
desәk, icmanındı, – don Lino elә tәlәsdi ki, az qaldı
hәmsöhbәtinin sözünü kәssin.
Baş direktor kömәkçisinin dodaqlarındakı tәbәs-
süm yoxa çıxdı, yumru çәnәsi yuxarı dartılıb gәrildi.
– İcmaya mәxsus torpaq nә vaxtdan heç kimin
oldu? Bu mәmlәkәtdә, senyor, hәr şeyin sahibi var. Şәxsi
mülkiyyәt olmaması vәziyyәti dәyişmir. İcmalar, әya-
lәtlәr, muxtar rayonlar, nәhayәt, dövlәtin özü hüquqi
şәxsdi, buna görә dә hüquqi sәlahiyyәtlәrә malikdi.
Pablito saatına baxdı. Get-gedә onun rәngi ağarır,
gözlәrinin altı qaralırdı, baş direktor kömәkçisinin sözü-
nü kәsәndә isә sarımtıl әllәri yüngülcә titrәyirdi.
– Bağışla, Pako, – o dedi, – indi dördә iyirmi dәqiqә
işlәyib, dördün yarısında bankın direktoruyla görüş
tәyin elәmişәm. Hәm dә bu mәsәlәyә qarışdığıma görә
bağışla, ancaq mükafatlandırma mәsәlәsi kifayәt qәdәr
aydındı. Lino heç nә tәlәb elәmir, ona nә versәlәr razıdı,
vәssalam!
– Yaxşı, yaxşı, – baş direktor kömәkçisi stulu çәkib
ayağa durdu.
Xeronimo hesabı kәsib, qәbzi qatlayaraq gödәkcә-
sinin iç cibinә qoydu.
Boz rәngli, qolsuz, çirkli kәndli plaşı geyinmiş, ba-
şına kepka qoymuş don Lino küçәdә baş direktorun kö-
   296   297   298   299   300   301   302   303   304   305   306