Page 296 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 296
– Hamı üçün qurbağa ayağı vә qızardılmış quzu әti
sifariş elәmişәm, – iş barәsindә söhbәti qәsdәn yubat-
maq üçün dedi. – Başqa nәsә istәyәn varsa, dәyişmәk
hәlә gec deyil.
Baş direktorun kömәkçisi öz xırda gözlәrini don
Linonun üzünә zillәmişdi. O isә çaşqın halda stulda
qurcuxaraq, hәlә heç nә yeyib-içmәsә dә, salfetlә qeyri-
ixtiyari dodaqlarını silirdi.
– Siz don Virxilionu, Polkovniki tanıyırdınızmı? –
Xeronimo çaxır süzә-süzә ondan soruşdu.
Don Lino çәkinә-çәkinә, sanki üzr istәyirmiş kimi
gülümsәdi.
– Bu yerlәrdә don Virxilionu kim tanımırdı? Onu
hamı sevirdi.
Xeronimo çaxırdan bir qurtum aldı.
– Bildiyiniz kimi, Polkovnik ömrünün yarısını
Aradas tәpәsinә hәsr elәyib. Son iyirmi ildә vaxtını öz
296 evindәn çox orda keçirmişdi. Hәr oyuğu, hәr daşı, hәr
girinti-çıxıntını tanıyırdı. O, vur-tut hәvәskar idi, ancaq
zәhmәtkeşdi, özüyçün işlәsә dә, hәmişә universitetlә
әlaqә saxlayırdı.
Don Lino pәrt halda başını tәrpәdib Xeronimonun
sözlәrini tәsdiqlәyir, baş direktorun kömәkçisi altdan-
altdan bic-bic gülürdü, әvvәlki şәnliyi tәdricәn hәyә-
canla әvәz olunan Pablito isә sanki özündәn soruşurdu:
Xeronimo bu söhbәtiylә nәyә nail olmaq istәyir?
– Baş direktorun kömәkçisi Xamones tәpәsindә,
daha doğrusu, Polkovnikin qazıntı apardığı yerdә dәfinә
tapıldığı barәdә xәbәr verәndә tәәccüblәndim. Mәn...
Pablito sıxıla-sıxıla gülümsәyib, söhbәtin yönünü
dәyişmәyә çalışdı.
– Özü dә necә dәfinәdi, Xeronimo! Az sonra ona
baxa bilәcәksәn. Dördün yarısında bankın müdiriylә
görüşüm var, – hәr üç dişi müxtәlif uzunluqda olan açarı
göstәrib göz vurdu. – Narahat olmaya bilәrsiniz, hamısı
etibarlı yerdәdi.