Page 299 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 299
finə
– Köhnә küp qırığının nәyi sizi belә cәlb etdi ki, MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
hәtta traktordan düşdünüz? Bütün әsrlәrә aid saxsı
mәmulatlarının sınıqlarına Kastiliya çöllәrinin hәr ye- 299
rindә rast gәlinir. Arxeologiyadan xәbәrsiz bir adam
üçün burda qәribә heç nә yoxdu.
Don Lino stula yayxanıb göz vurdu.
– Bax, siz deyirsiniz, don Virxilio ömrünün yarısını
tәpәdә keçirib, demәli, sәbәb varıymış. Mәn onun boş
yerә bununla mәşğul olmadığını başa düşürәm.
Xeronimonu od götürdü.
– Siz bizi tәhqir edirsiniz! – o dedi. – Nә don Vir-
xilio, nә biz qızıl axtarmırıq. Əgәr torpağı qazırıqsa,
başqa şeyә görә, yalnız elm xatirinә qazırıq. Aydındı?
Don Lino gözlәrini döydü. Ancaq tәmkinini poz-
madan qәhvәdәn bir qurtum içәrәk dodaqlarını yaladı.
– Mәn bunu bilmirdim, – o dedi. – İndi bildim.
– Tapıntı barәdә xәbәri nә sәbәbә bir neçә gün
gecikdirmisiniz?
– Mәn axı sarsıldığımı, başımı itirdiyimi lap әvvәl-
cәdәn dedim.
– Tәcili xәbәr vermәk üçün daha bir sәbәb, elә de-
yilmi?
Don Lino başını qaldırıb, qәhvәni axıra kimi içdi.
Fincanı siniyә qoyub, saxta bir tәbәssümlә gülümsәdi.
– Bu ona oxşayır ki, mәni ittiham elәmәk üçün yığış-
mısınız. Siz mәni qınayırsınız, ancaq mәn hәr şeyi necә
lazımsa, elәcә dә elәmişәm. Pabloya zәng elәyib, tapıntı
haqqında danışdım. Amma Pablo özünü sizin kimi apar-
madı. Əksinә, mәnә minnәtdarlıq elәyib, dәfinәnin bir
hissәsiylә mükafatlandırılacağıma söz verdi. – O, öz vel-
vet gödәkcәsinin yaxasından yapışıb, astadan dedi: –
Mәncә, azdan-çoxdan fәrq var.
Xeronimo Pablitonun solğun üzünә, yalvarırcasına
döyükәn gözlәrinә baxıb özünü saxladı.
– Yaxşı, – o dedi, – baş direktorun kömәkçisi sizinlә
bu barәdә әtraflı danışar. Mәn burda heç nә hәll etmi-
rәm. Xahiş etmәsәlәr, heç nәyә qarışmayacağam.