Page 300 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 300
Don Lino vә Pablitonun gözlәri baş direktorun kö-
mәkçisinә dikildi. Pako әliylә eynәyini düzәltdi, qәhvә
fincanı qoyulmuş stola dirsәklәndi vә yalnız bundan
sonra dillәndi:
– Sizә mәlumdu ki, bәzi dәfinәlәri, әsasәn dә,
mәdәni sәrvәt sayılan dәfinәlәri tapanda, onu gizlәtmәk
olmaz, – sәsindә öyüdverici tonlar duyuldu. – Dәfinә
tapılanda dәrhal dövlәtә xәbәr verilmәlidi, çünki dövlәt
onun sahibi sayılır, daha dәqiq desәk, ilk olaraq onu әldә
etmәk hüququ var.
Don Lino razılıqla başını tәrpәtdi. Baş direktorun
kömәkçisi gözlәrini qıydı, alnını qırışdırdı vә qonşu
stoldakı hay-küylü dәstә zalı tәrk elәyәnәdәk gözlәdi.
– Biz müzakirә elәdiyimiz mәsәlә, – o, sözünә
davam etdi, – mürәkkәb bir şey yoxdu. Hәr şey qanunla
tәnzimlәnib. Dәfinәni siz tapmısınız, ancaq dövlәt ona
iddialıdı, çünki söhbәt ictimai maraq kәsb elәyәn әm-
300 lakdan gedir. Aydındı?
Don Lino razılıqla başını tәrpәtdi, gözlәrindәn
acgözlük yağırdı.
– Pablo bir az izah elәyib, – xırıltılı sәslә tәsdiqlәdi.
Direktor kömәkçisinin laqeyd baxışları ona di-
kilmişdi. Pablito isә baş direktorun kömәkçisinә minnәt-
darlıqla baxırdı.
– Növbәti mәrhәlә, – direktor kömәkçisinin sәsindә
rәsmilik duyulurdu, sanki hüquqşünas hansısa sualı
izah elәyirdi, – etibarlı rәydi. Ekspert öz fikrini söylәyir:
“Bunun on min qiymәti var, ya iyirmi min”. Nә qәdәr
olur-olsun. Qiymәt qoyulandan sonra dәfinәni tapan
adam kimi yarısı sizә verilir, bir şәrtlә ki, onu tәsadüfәn
tapmış olasınız.
Don Lino dodaqlarını yaladı.
– Bәli, senyor, – zorla eşidilәcәk sәslә dedi.
– Belә ki, – baş direktorun kömәkçisi sözünә davam
elәdi, – әgәr tapıntı, mәn başa düşdüyümә görә, üstәlik,
sizin mülkünüzdә olubsa, qoyulan mәblәğin hamısına