Page 305 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 305
Dəfinə MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
– Onda tәrpәnәk, – baş direktorun kömәkçisi qapıya
tәrәf getdi.
3
Avtomobil qalanın olduğu sәrt yamacı qalxırdı vә 305
nә qәdәr çox qalxırdısa, vadi bir o qәdәr yaşıl, dәrin vә
uzaq görünürdü, onun dibindәki, çayın hәr iki tәrәfinә
sәpәlәnmiş, qaramtıl damlarından tüstü qalxan kәnd isә
poçt kartoçkası boyda kiçilmişdi. Xeronimo maşını yaxşı
sürürdü, daşların, çuxurların böyründәn ehtiyatla
keçirdi, ancaq don Lino onun kürәyinә doğru әyilib,
hәmin özündәnrazı tonda üçüncü dәfә: “Əgәr mәnim
“Lendrover”imi götürsәydiniz, indi çoxdan çatmışdıq”, –
deyәndә, çiynini dartaraq әsәbilәşdiyini büruzә verdi.
Baş direktorun kömәkçisi tәbәssümünü gizlәdib, qa-
lanın olduğu tәpәyә – әlçatmaz kvars qaya vә divarların
aydınca seçildiyi siklopik nәhәngә baxdı. Xeronimo bir-
inci sürәtә keçib, barmağıyla göstәrәrәk baş direktorun
kömәkçisindәn soruşdu:
– Gördün? Ayrı-ayrı sığınaqların elә qeyri-adi
konfiqurasiyası, bizim әziz don Virxilionu bu tәpәni
İkinci Koqotas adlandırmaq fikrinә salıb. Bir az tәm-
tәraqlı çıxsa da, bu, boş yerә deyilmәyib. Hardasa bir az
da Avilo әtrafındakı qәdim insan mәskәninin qalıqlarını
xatırladır.
Maşının altına xırda daş dәydi. Xeronimo dodaq-
larını bir-birinә sıxdı.
– Ehtiyatlı olun, birdәn karter deşilәr! – don Lino
dedi.
Sәrt döngәni burulanda, yolun sol tәrәfindә
qәfildәn qollu-budaqlı ceviz ağacı peyda oldu; külәk
onu yırğalayırdı. Topa-topa buludlar tәpәnin üstüylә
uçuşur, ondan aşağıda isә iki keçәlkәrkәs süzürdü. Xe-
ronimo külәyin divan tutduğu ağaca baxıb dedi: