Page 307 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 307
finə

– Hesab elәyirәm ki, bu yastı çıxıntı qәdim insanın MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
yaşayış yeri ola bilәrmiş. Buralara yaxşı baxmaq lazımdı.
307
Maşından düşәn kimi gödәkcәsinin yaxalığını
qaldıran Xeronimo, әllәrini dә cibinә soxdu.

– Deyirsәn lazımdı?
– Hә, bir neçә şurf qazılsın, çox da böyük olmayan
kәşfiyyat aparılsın. Ətrafda da hәr şeyi yoxlayın.
Çaladan gözünü çәkmәdәn onun başına dolandı vә
yerdәn çıxarılmış torpaq qalağını göstәrdi.
– Bilirsәn, bunun hamısını yaymaq lazımdı. Çәtin
ki, bir nәticәsi olsun, ancaq elәmәk vacibdi. Başqa çıxış
yolu yoxdu.
Pablitonun sifәti göyәrmişdi, burnunun ucunda
damcı parıldayırdı. O, sadәlövhcәsinә soruşdu:
– Güman elәyirsәn, burda bir küp dә olar?
– İndi bu, әsas deyil. Dәfinәnin mәnşәyini aydın-
laşdırmaq lazımdı: harda, nә vaxt, niyә. Yaşayış yerinin
altındamı basdırılıbmış, ya hansısa basdırılan adamın
geyim bәzәyiymiş. Bizim vәzifәmiz – aydınlaşdırmaqdı.
Bu, bizim borcumuzdur.
Xeronimo qızınmaq vә hövsәlәsini basmaq üçün
әllәrini bir-birinә sürtdü:
– Mәncә, әn başlıcası – dәfinәnin nә vaxt basdırıldı-
ğını tәyin etmәkdi. Bunu müәyyәnlәşdirsәk, dәfinәnin,
basdırıldığı dövrә uyğun gәlib-gәlmәdiyini, ya әşyala-
rın, hazırlandığı vaxtdan çox sonralar basdırıldığını
aydınlaşdıra bilәrik. Drivsdәki dәfinәni yadına sal.
– Mәn bunu nәzәrdә tutmuram, – baş direktorun
kömәkçisi dedi.
– Pako, axı bunu sonra da elәmәk olar.
Baş direktorun kömәkçisi onun qoluna girib, don
Linonun eşitmәmәsi üçün astadan dedi:
– Gәl hәqiqәtin gözünә düz baxaq, Xeronimo, bu,
nadir tapıntıdır. Ona görә görülәn iş barәdә әtraflı
hesabat tәqdim etmәk bizim xeyrimizәdir, başa düşür-
sәn? Özü dә bunu lәngimәdәn, elә sabah etmәk lazımdı.
   302   303   304   305   306   307   308   309   310   311   312