Page 311 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 311
finə
Baş direktorun kömәkçisi oturacağın söykәnәcәyinә MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
dirsәklәnib, onun gözünün içinә baxaraq soruşdu:
311
– Tapıntı barәdә Xamonesdә artıq bilirlәr?
– Yәqin. Keçiotaran hay salıb.
Baş direktorun kömәkçisi belini dikәldib hәyәcanla
Xeronimoya dedi:
– Eşitdin? İndi gәrәk dәrhal başlayaq. Lap sabah-
dan. Elә indidәn Kovilyasda daldalanacaq axtar, sabah
tezdәn bütün dәstә: Anxel, Kristino vә Fibula yanında
olacaq. Bәlkә, Sinfonu yollasam yaxşı olar?
Hava, demәk olar, qaralmışdı vә Xeronimo maşının
işıqlarını yandırıb, ağzına şirni qoydu. Üz-gözünü tur-
şudub, şirnini soraraq dedi:
– Yox, Fibula yaxşıdı. Onun duyma qabiliyyәti itidi.
Xeronimo döngәlәri elә sәrt keçirdi ki, yol kәnarın-
dakı kollar maşının böyrünü cızırdı, ancaq döngәlәr çox
idi, qabaqda isә avtosistern gedirdi vә bir neçә dәqiqә
onun arxasınca sürmәk lazım gәldi; heç cür ötmәk ol-
murdu. Kovilyasda maşını meydanda qoydu. Pablito
saatına baxdı.
– Pivә içәk? – baş direktorun kömәkçisi tәklif etdi.
Pablito imtina elәdi. Özünә bәraәt qazandırmaq
üçün mızıldadı:
– Əgәr... Pako, sәnә lazım... deyilәmsә... geri qayıdım.
Artıq gecdi. Mәn şam yemәyi üçün vәd vermişәm... – Vә bir
az lәngiyәn don Linoya sarı döndü: – Mәnimlә gedirsәn,
ya qalırsan?
Don Lino icazә istәyirmiş kimi, baş direktorun kö-
mәkçisinә baxdi:
– Mәn sәninlә gedirәm. Əslinә qalsa, daha burda
mәnlik bir iş yoxdu.
Baş direktorun kömәkçisi don Linonun iri әlini
sıxıb, izahat vermәyi özünә borc bildi:
– Mәdәniyyәt İşlәri üzrә İdarәdәn sizinlә әlaqә sax-
layacaqlar. Öz ünvanınızı, telefonunuzu Pabloya verin.