Page 313 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 313
finə

– Hәlәlik basdırılma vaxtını tәyin edib, bununla MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
kifayәtlәnә bilәrik.
313
Xeronimo başını tәrpәtdi. Baş direktorun kömәkçisi
iki barmağını jiletin balaca cibinә soxub, xırda pul
çıxararaq hesabı verdi.

– Onda mәn getdim. Üç saat sükan arxasında
oturmalıyam, özün yaxşı bilirsәn ki, qaranlıqda maşın
sürmәk mәnim sevimli idman növüm deyil.

Meydanda külәk zәif idi vә dağdakı kimi soyuq
deyildi. Xeronimo baş direktorun kömәkçisini maşına
qәdәr ötürüb, öz balaca çamadanını götürdü; kefi pozul-
muşdu. Maşını yerindәn tәrpәtmәmişdәn әvvәl baş di-
rektorun kömәkçisi şüşәni aşağı saldı.

– Demәk, sabah doqquzun yarısında bu kafedә.
Yaxşı?

– Yaxşı.
Maşını yerindәn tәrpәdib, pәncәrәdәn iki dәfә әl
edәrәk, elә ilk döngәdә gözdәn itdi.
Tәk qalan Xeronimo dәrindәn nәfәs alıb, iki dәfә
çiynini çәkәrәk, meydanın ortasındakı telefon budkasına
tәrәf yönәldi. Bir neçә xırda pul atıb, nömrәni yığdı. Bir
az gözlәyib dәstәyi asdı, sonra bunu әbәs yerә iki dәfә
tәkrar elәdi. Nәhayәt, dәstәyi hirslә asıb, әhvalı pozul-
muş halda budkadan çıxdı, bir әlindә neseser1, o biri әli
cibindә yenә kafeyә getdi.

4

Xeronimo çoxdan yuyulmayan şüşәdәn maşınının
necә gәldiyini gördü; sükanın arxasında Anxel oturmuş-
du. Uşaqlar qapıları bağladılar, yük yerindәn çantalarını
götürüb, dәstәylә kafeyә girdilәr; külәyin hardan әsdi-
yini bilmәk istәyәn it kimi, boynunu yana әymiş Kristino

1 Neseser – içərisində tualet ləvazimatları olan qutu
   308   309   310   311   312   313   314   315   316   317   318