Page 312 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 312
Pablito vә don Lino maşınlarına tәrәf yönәldilәr, baş
direktorun kömәkçisi isә Xeronimonun qolundan tutub,
işıqlı lövhәsi sayrışan “Alyaska” kafesinә tәrәf dartdı.
– Mәni әsәbilәşdirәn odu ki, – Xeronimo dedi, – bu
keçi dörd, ya beş milyonu sәbәbsiz yerә cibinә qoyacaq.
Əslindә, onun buna haqqı yoxdu. Pako, belә çıxır ki, biz
yalana vә dәlәduzluğa görә mükafat veririk.
Baş direktor kömәkçisinin eynәyin şüşәsi arxasın-
dakı gözlәri qıyıldı vә o, zarafatla göz vurdu:
– Nә olsun? Detektorla olsun, ya detektorsuz, bu
vәtәndaş dövlәtә xidmәt göstәrib. Gәrәk әvәzini pulla
ödәyәsәn.
Kafedә ağız deyәni qulaq eşitmirdi. Bir neçә oğlan
hansısa qızı bәrkdәn çağırırdı, qız da zalın o biri başın-
dan hay verirdi; hәmin vaxt baş direktor kömәkçisinin
arxasındakı iki oğlan oyun avtomatına dalbadal jeton
atırdı, onlardan üç metr aralıda isә ifadәsiz iri gözlәri
olan gonbul bir qız maqnitofona güc verib, zümzümә
312 elәyә-elәyә gonbul dalını musiqiyә uyğun yırğalayırdı.
Baş direktorun kömәkçisi bir parç pivә götürüb, fırlanan
kәtilә söykәnәrәk dәqiqlәşdirdi:
– Mәn sәnin maşınını götürürәm, sabah tezdәn onu
Kristino vә qalan uşaqlarla birlikdә geri alarsan. İndi isә
qalmağa yer axtar. Vaxt itirmәmәk üçün Xamonesdә
çörәk yeyә bilәrsәn. Bir dә xahiş elәyirәm, çox yat-
mayasan. – Pivәdәn bir qurtum alıb ovurdunu şişirtdi,
yәqin, udmamışdan qabaq ağzında isitmәk istәyirdi. –
Mәncә, hәr şeyi aydın izah elәdim. Hә? Geniş qazıntıya
ehtiyac yoxdu, yalnız dәrinliyi zondla tәdqiq etmәk
lazım gәlәcәk. Fikrimcә, dördün dördә kifayәtdi.
Hay-küy yatmaq bilmirdi, Xeronimonun baxışları
rәfdәki butulkaların arasında gәzirdi.
– Mәni eşidirsәn? – Baş direktorun kömәkçisi inadla
soruşdu.
– Hә, hә, o cür dә elәyәrәm.
Baş direktorun kömәkçisi ona etibar elәmirmiş
kimi, profilinә baxa-baxa sözünә әlavә elәdi: