Page 314 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 314
öz köhnә vәrdişiylә hamıdan axırda gәlirdi. Xeronimo
onları piştaxtanın yanında gözlәyirdi.
– Yaxşı gәldiniz? Sizә nә götürüm?
Kristino duruxub, mısmırığını salladı, guya onun-
çün fәrqi yoxdu.
– Südlü qәhvә, hә? – Xeronimo yoldaşlarına tәklif
etdi vә onları süzüb qәrar verdi: – Üç südlü qәhvә!
Onlar çox gәnc idilәr; iyirmi yaşları olardı. Ancaq
Kristino öz mәcburi duruşu, başını yana әymәyilә (bir
neçә aydı düşünürdü ki, bәlkә, bu yolla boynunda vә
sağ yanağında әmәlә gәlmiş ağ lәkәni, necәsә, gizlәdә)
böyük görünürdü. Xeronimo bu gün tezdәn işgüzar vә
hәyәcanlı idi.
– Yorulmamısınız? – o soruşdu.
Fibula gәrnәşdi, gözlәrini yumub möhkәmcә әsnәdi.
– Nәdәn yorulasıydıq? Olsa-olsa, maşında oturmaq-
dan yorulmuşuq.
– Mәn şadam, çünki sizә xәbәrdarlıq elәmәliyәm ki,
314 burda әmәllicә işlәmәk lazım gәlәcәk.
– Oldu.
Fibula arıq vә hündürdü, uzun burnu, irәli çıxmış
alnı, diqqәtlә baxan yumru gözlәri onu mәzәli tәrzdә
quşa oxşadırdı.
– Qalmağa yer tapmısan?
– Bu mәsәlә qaydasındadı. İndi, gedәnә qәdәr mәn-
zilә dәyib yükümüzü ora qoyacağıq. Sәn Pako ilә danış-
mısan?
– Dünәn axşam, – Kristino dәqiqlәşdirdi, – mәni te-
lefonda yarım saat saxlayıb. Hәmişәki kimi. Belә çıxır ki,
hәr şey aydındı, hә? Mәlum olmayan bircә odu ki, necә
olur, don Virxilio kimi adamın, üstündә gәzdiyi dәfi-
nәdәn xәbәri olmayıb.
Xeronimo etiraz etdi:
– Əslindә aydın olan elә budu: don Virxilionun nә
detektorla, nә başqa az-çox qәliz cihazlarla heç vaxt arası
olmayıb. Polkovnik tәmiz oynamağı xoşlayırdı.