Page 316 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 316
Xeronimonun hәyәcanı dәrhal onun kömәkçilәrinә

dә sirayәt elәdi. Anxel yubanmadan çantasını götürdü:

– Getdik, uşaqlar, vaxtı itirmәyәk.

Kristino qapıda dayandı.

– Maşınla gedәk?

– Sonra, indi lazım deyil. Pansion küncdә, iki ad-

dımlıqdadı.

Gözündәki ağ lәkә qәribә tәrzdә pırtlamış ev sahi-

bәsi, çәpgöz, hökmlü senyora Nyeves otaqları göstәrib,

saat 8-dә isti su olacağını, onların duş qәbul edә bilә-

cәyini söylәdi.

– Tanrı kömәyiniz olsun, – onlar xudahafizlәşәndә

arxalarınca dedi.

Şosedә, demәk olar, maşın yox idi. Cökә ağacları öz

çılpaq budaqlarını yol qırağındakı arxa sallamışdı; as-

falta yapışmış ölü evdovşanını dimdiklәmәyә başı qarış-

mış sağsağan onlar yaxınlaşanda uçdu. Külәk kәsmişdi,

316 parça-parça boz-bulanlıq buludlar günün qabağını du-
man kimi tutdu. Xamonesdәki meydanda qadınlar әllә-

rindә lәyәn, saxsı kasalarla, gәlişini öz siqnalıyla bildirәn

balıq daşıyan yük maşınına növbәyә düzülmüşdülәr.

Meydanın o biri tәrәfindә ikimәrtәbәli evin sütunlu

dairәvi girişinin üstündәki rәngi bozarmış köhnә

lövhәdә yazılmışdı: “Konsistoriya”.1 İçәridә heç kim yox

idi. Vur-tut iki bәnna geniş boş zalın divarlarını

suvayırdı; alkaldı tapmağa da elә onlar kömәk elәdlәr.

Onları, bir neçә dәqiqә sonra qәbul etdiyi otaq qırmızı

plitәlәrlә döşәnmiş, divarlar isә ailә fotolarıyla bәzәn-

mişdi; otaqda laklı stol, altı stul vә şüşәli qapıları olan

ikitaylı bufet var idi. Süni jestlәri olan yaraşıqsız kişi

onlar içәri girәndә ayağa qalxmadı. Oxuduğu qәzeti kә-

nara qoyub, onları dinlәdi vә başını yana әyib, barmağı-

nı sağ qulağına soxaraq eşәlәmәyә başladı.

1 Konsistoriya – xristianlarda inzibati və məhkəmə hüququna malik ruhani
idarə
   311   312   313   314   315   316   317   318   319   320   321