Page 320 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 320
maq o qәdәr gözәldi ki, heç bir pulla müqayisәyә gәl-
mәz?

Fibula tәrәddüdlә çiyinlәrini çәkdi.
– Bilmirәm, dostum. Əgәr sәn deyirsәnsә...
Anxel qayanın lap kәnarına gәlib aşağı әyildi. Aşa-
ğıda oğlan uşağının otardığı inәklәr dәyirmandan çaya
sarı enirdilәr vә zınqırovların hәmahәng sәsi qalalı tәpә-
nin başına qәdәr gәlib çatırdı. Tәpәnin sağ yamacındakı
cığırla bir velosiped gedirdi, Kovilyasa gedәn yolda isә
sarı marşrut avtobusu tәnbәl-tәnbәl sürünürdü. Anxel
qәfildәn Kristinonun әlindәn tutub, müqavimәt göstәrәn
dostunu gülәrәk sıldırıma sarı dartdı.
– Burax mәni, gicbәsәr! – Uçuruma üç metr qalmış
Kristino onun әlindәn çıxdı. – Nәdi, bilmirsәn ki, mәnim
başım gicәllәnir?
Anxel vә Fibula gülürdü.
– İşә başlayın, – Xeronimo kәndir dolağını götürüb
dedi. – Artıq on birә az qalıb, tәlәsmәk lazımdı. – O,
320 kәndir dolağını Kristinoya uzatdı vә sıfır nöqtәsini
işarәlәdi. – Özünüz bilirsiniz – trianqulyasiya1 3-4-5, iki
düzbucaqlı ox.
Uşaqlar dinmәzcә işlәyirdilәr. Anxel hәr dәfә fikrini
nәyinsә üstündә cәmlәyәndә hәmişә olduğu kimi, yenә
dilinin ucunu yavaşca dişlәyirdi. Xeronimonun tapşırı-
ğıyla onlar yanğındanqorunma xәndәyinin eni boyda
müvafiq kvadratları kәndir vә payacıqlarla ayırırdılar.
– Bir az aşağı, – Xeronimo Kristinoya dedi, – burda
üzü maqnit qütbünә tәrәf olmalıdı. Yoxsa heç vaxt isti-
qamәt götürә bilmәyәcәyik.
Bir neçә dәqiqәnin içindә әrazini kәndirlәdilәr:
әvvәlcәdәn tutulmuş plan әsasında işlәyirmişlәr kimi,
lüzumsuz hәrәkәt etmәdәn çalışırdılar. Kvadratın mәr-
kәzindә don Linonun qazdığı çala qaralırdı; çalanın
böyründәki torpaq tәpәciyi, olduğundan hündür gö-

1 Trianqulyasiya – məsafə və bucaqların triqonometrik üsulla hesablanıb
ölçülməsi
   315   316   317   318   319   320   321   322   323   324   325