Page 325 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 325
finə

– Senyora, tәsadüfәn don Virxilionu tanımırdınız? MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
Qadın ona baxıb boynunu qaz kimi uzatdı.
– Bizim tәrәflәrdә rәhmәtlik Polkovniki kim tanı- 325
mırdı?!
Xeronimo başını boşqabdan qaldırmadan portağal
soyurdu.
– O, tәpәni çox gәzmişdi, doğrudur?
– Gәzmәk nәdi, heç tәpәdәn düşürdü ki. Mәncә, dә-
finәni dә don Lino yox, elә rәhmәtlik Polkovnik tapmış-
dı, özünüz yaxşı bilәrsiniz!
Xeronimo çeçәdi, az qaldı boğulsun. Öskürüb boğa-
zını arıtladı.
– Mәgәr qalalı tәpәdә dәfinә var?
Senyora Olimpiya nazla әzilib-büzüldü:
– Gedin özünüzü dolayın. Dәfinәnin dalınca gәlmә-
yibsinizsә, onda bәs burda nә itiniz azıb?
Kristina, Anxel vә Fibulanın ağızları açıla qalmışdı.
Xeronimo onun ürәyini boşaltmayacağından qorxub,
gözünü boşqabdan çәkmirdi. Heç kim yaşlı qadından
heç nә soruşmurdu, o isә öz danışmağında idi.
– Mәn, özlüyümdә bax belә fikirlәşirәm: Polkovni-
kin dәfinәdәn, onun harda basdırıldığından xәbәri olub,
bunu da Pelayaya danışıb. Çünki Pelaya elә hәmin vaxt
onun evinә aşpaz düzәlmişdi, intәhası, bәzilәri tәkcә o
iş üçün gәlmәdiyini deyirlәr, bu barәdә mәn heç nә deyә
bilmәrәm. Bircә onu deyә bilәrәm ki, Pelaya ilә әri
Xedeon indi köçüb don Linonun mülkündә yaşayırlar.
Nәdi, sizcә, bunların bir-biriylә әlaqәsi yoxdu?
Gәnclәr baxışdılar. Xeronimonun sәsi lap yavaşı-
mışdı. Elә ehtiyatla soruşurdu ki, sanki quşu hürküdә-
cәyindәn qorxurdu.
– Əgәr don Virxiliyo, doğrudan da, dәfinәnin yerini
bilirdisә, niyә onu çıxartmırdı?
– Nәyi çıxartmırdı?
– Dәfinәni.
Senyora Olimpiya çirkli boşqabları bir-birinin üstü-
nә qoyub, süfrәni yığmağa başladı.
   320   321   322   323   324   325   326   327   328   329   330