Page 329 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 329
finə

Xeronimo onu yalnız sәliqәylә tәmizlәyәndәn sonra MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
baxmağa başladı.
329
– Qolbaq qırığıdı, – qaşlarını çatıb dedi. Hamının
yanına gәlmәyini gözlәyib sözünә davam elәdi: – Bu
döymәyә fikir verin. Başqa çoxsaylı Keltiber bәzәk әşya-
ları kimi, bunda da ilan başı tәsvir elәmәyә çalışıblar.

Əlәnmiş torpaq qalağı әlәnmәmişdәn çox olmuşdu,
onlar isә yorulmaq bilmәyәn qızılaxtaranlar kimi, işlә-
mәkdә davam elәyirdilәr. Aradabir kim isә әlәyin torun-
dan keçmәmiş saxsı parçasını, ya nәyisә götürüb, tәlәsik
Xeronimoya göstәrirdi. Günәş batırdı vә qarşı yamac-
dakı oyuqlar qürub işığında aydınca seçilirdi, qayalar isә
rütubәtli, soyuq qaranlığa qәrq olurdu. Külәyin yoluş-
durduğu palıdlar dağın zirvәsini dövrәlәmişdi. Birdәn
onlar diksindilәr – lap yaxında xırıltılı, hirsli bir sәs eşi-
dildi. Hamısı başını qaldırdı. Onlardan otuz metr aralı-
da, palıdlığın üstündәki qayaya çıxmış, başında beret,
çiynindә torba olan, gündәn yanmış bir adam әlindәki
dәyәnәyi silkәlәyә-silkәlәyә bağırırdı:

– Əclaflar, nәdi, yazını görmәdiniz?
– Tüpürüm sәnin yazına! – Fibula cavabında qış-
qırdı.
Dәyәnәkli adam lap coşdu. Dәli kimi ayaqlarını ye-
rә döyüb, yenә dәyәnәyini silkәlәyәrәk hәdәylә bağırdı:
– Siz quzğunların hamısını tezliklә yan-yana asa-
caqlar, bizim sәrvәtimizi oğurlamağa gәlmisiniz?!
Fibula Xeronimoya baxdı:
– Şef, onun dәrsini verәk?
Xeronimo onu saxladı:
– Sakit ol, dostum, әlәyini әlә, guya heç nә baş ver-
mәyib. Heç o tәrәfә baxmayın. Yәqin bәdbәxtin biridi.
Dördü dә özlәrini elә apardı ki, guya başları işә qa-
rışıb, ancaq qayanın üstündәki adamı veclәrinә alma-
dıqca, o, daha çox özündәn çıxırdı. Qazıntıdan iyirmi
metr aralıda, yanğındanqorunma xәndәyinә birdәn keçi
sıçradı vә elә hәmin an da palıd ağaclarının arasından
   324   325   326   327   328   329   330   331   332   333   334