Page 333 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 333
finə

dәfinәyә barmağını belә toxundura bilmәz. Repeysә tәr- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
sin biridi, siz onu hәlә tanımırsınız.
333
– Repey... o qoltuqağacıyla gәzәn adam?
– Topaldı o, senyor, topaldı.
– Kök? Taxta ayaqlı?
– Özüdü ki var.
Xeronimo stolun üstünә pul qoydu.
– Mәlumatınıza görә sağ olun, – dedi, – ancaq ye-
mәyi istәnilәn halda dünәnki kimi saat ikiyә hazırlayın.
Bu mәsәlәni isә nә cürsә yoluna qoyarıq.
Pәrdәlәrin dalından onlara pis-pis baxdıqlarını hiss
elәdilәr; sütunların altındakı daş skamyada әllәrindә dә-
yәnәk cәrgәylә oturmuş qocalar isә açıq-aşkar rişxәndlә
baxırdılar. Arxeoloqlar onların yanından ötәndә, Anxe-
lin arxasınca kimsә lombayla tüpürdü. Maşının qapısını
aça-aça Kristino dedi:
– Bunun axırı qalmaqal olacaq.
Xeronimo mühәrriki işә salıb, sükanı fırlayaraq ma-
şını geri verdi.
– Gedib o dәrәcәyә çatmaz, – dedi. – Alkald onların
köpünü alar. O bilir ki, bura hökumәtin xeyir-duasıyla
gәlmişik. Madridә qarşı çıxmağa risk elәmәz.
Tәpәni qalxanda tәkәrlәr yerindә fırlandı, maşın
nәrildәyib döngәyә az qalmış enişә tәrәf sürüşdü; onu
saxlamaqdan ötrü üçü dә yerә düşmәli oldu. Sәrt dön-
gәni keçәndә böyük ceviz ağacı göründü; aşağıdakı qa-
lın budaqdan nәsә qara әşyalar asılmışdı. Kristino
qorxuyla qabağa әyilib diksindi.
– Tanrı özü rәhm elәsin! Onları asıblar!
Xeronimo maşını saxlayıb güldü:
– Bunlar ki kukladı!
Çılpaq budaqdan asılan, içinә saman doldurulmuş,
üstündәn cır-cındır geyindirilmiş kuklalar xәfif külәkdә
iki uyuq kimi yırğalanırdı. Anxel maşından sıçrayıb, bir-
inci kuklaya tәrәf döndü.
   328   329   330   331   332   333   334   335   336   337   338