Page 331 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 331
finə

Xeronimo maşını qovdu vә iyirmi beş dәqiqәyә Kovil- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
yasa çatdılar. Maşını telefon budkasının yanında sax-
layıb, öz kömәkçilәrinә dedi: 331

– Gedin duş qәbul elәyin, qoy senyora Nyeves dә
yemәk hazırlasın. Mәn hәlә zәng vurmalıyam.

Anxellә Fibula bir-biriylә gözlәşdilәr; Xeronimo
kabinәnin şüşәsindәn onların necә yorğun halda pan-
siona tәrәf getdiklәrini gördü. Xәttin o başında dәstәyi
götürdülәr. Xeronimonun sәsi mülayimlәşmişdi:

– Qaqa? Mәnәm, Xeronimodu, özgә kim olasıdı ki...
Yenә zәng elәyirәm... Hәmişәki dәstәdi... Ancaq işin
özündә nәsә bir yenilik var... Azacıq bәxtimiz gәtirsә,
böyük sәs-küy ola bilәr... Hә, arxeologiya nadir hallarda
diqqәt mәrkәzindә olur, amma indi mәnә elә gәlir, bu,
baş verәcәk... Başa düşdüm, sәnin artıq getdiyini başa
düşdüm... Vaxtını yaxşı keçirdiyinә görә şadam... Pila
ilә? Mat qalınasıdı!.. Yox, aydındı, bunu sәnә vәd elәyә
bilmәrәm... Qaqa, başa düş, axı bu, mәnim hәyatımdı...
Xoşuna gәlsә dә, gәlmәsә dә, bunu mәnimlә bölüşmә-
lisәn, әgәr... Mәnә tәklif etdiyin alternativ deyil, Qaqa,
peşәkarcasına intihar kimi bir şeydi... Onu atım? Sәn nә
danışırsan?.. Ciddi deyirsәn, ya elә-belә danışırsan?..
Eşit mәni, gәl mövzunu dәyişәk. Bu, telefon söhbәti
deyil. Qayıdanda danışarıq... Qulaq as, kim sәnin xәtrinә
dәyib?.. Bilirәm, hәr şeyin öz yeri var, ancaq sәnin bu
tonda danışacağını heç vaxt tәsәvvür elәmәzdim...
Əlbәttә, mәn etiraz etmәyәcәyәm... Haqqım yoxdu,
bunu artıq başa düşdüm... Bircә xahiş edirәm, mәnә
qışqırma, yaxşı bilirsәn ki, belә şeydәn xoşum gәlmir...
Bir dә artıq-әskik danışsan, dәstәyi asacağam... Yaxşı,
Qaqa, necә istәyirsәn et... Əşi, get işinin dalınca ey!..

Dilxor olmuş Xeronimo dәstәyi asıb, çәnәsini sı-
ğallayaraq, ayağının altına baxa-baxa, fikirli halda da-
yandı. Qapını itәlәyib budkadan çıxdı, әllәrini cibinә
soxub, iki dәfә çiynini çәkdi vә meydanı keçib, pansiona
tәrәf getdi.
   326   327   328   329   330   331   332   333   334   335   336