Page 327 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 327
finə
İşlәmәkdәn dili eşiyә çıxmış Anxel torpağı әlәyә- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
әlәyә uğundu.
327
– Dias Reyna! – tapmaca tapıbmış kimi, tәntәnәylә
qışqırdı.
– Xeyirxah don Lusyonu rahat buraxın, onu unu-
daq, – Kristino dedi.
– Niyә unudaq? – Xeronimo dillәndi. – O, yaxşı
müәllimdi.
Anxel ona şübhәylә baxdı:
– Ciddi deyirsәn?
Fibula söhbәtә qarışdı:
– O ki zәhlәtökәndi. Özünü vaizә oxşadır.
– Onun mühazirә oxumaq tәrzini müzakirә elәmi-
rәm, ancaq öz işini bilәn adamdı.
Əlәklәr durmadan silkәlәnirdi vә әlәnәn torpaq
qalağı get-gedә artırdı. Dәrәnin dibindәn traktorun tırıl-
tısı vә zınqırovların sәsi eşidilirdi – ordan sürü keçirdi.
Vadi sanki nәhәng rezonator idi. Əlindә әlәk diziüstә
duran Anxel birdәn dayanıb mәzәli tәrzdә qışqırdı:
– Bax, buna varam! Bәxtim gәtirdi! Evrika!
Əlindә tutduğu hansısa qabın qırmızımtıl qırığını
qәnimәt kimi әlindә yellәtdi. Tapıntıdan mәmnun olan
Xeronimo qırıntıya baxdı.
– Di indi müәyyәn elә görüm bu nәdi, – dәrsdә imiş
kimi soruşdu.
Anxel var gücüylә qırıntıya üfürüb, cibindәn dәs-
mal çıxardaraq ehmalca saxsı parçasını sildi.
– Baxaq, – onu ehtiyatla çevirәrәk dedi.
– Tәsәvvür elә ki, imtahandasan.
Anxel dilinin ucunu dişlәyә-dişlәyә saxsı qırığını
fırladıb bir qәrara gәlә bilmirdi.
– Əgәr mәni lap divara dirәsәlәr, – nәhayәt, dillәn-
di, – onda deyәrdim ki, bu, Keltiber saxsısıdı.
Xeronimo mәyus halda çiyinlәrini çәkdi:
– Sәhәr gördüyümüzdәn sonra bunu demәk, heç nә
demәmәk kimi bir şeydi.