Page 323 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 323
finə
ların düzüldüyü dolabın arasına vurulmuş keçәnilki tәq- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
vimdәn çimәrlik paltarındakı qız onların üzünә gülüm-
sәyirdi. Kök vә lәng senyora Olimpiya әlini belinә vurub, 323
stolda nәyin çatışıb-çatışmadığını yoxlamaq üçün bir
anlığa ayaq saxladı. O dayanıb baxdığı vaxt isә Kristino
boynunu çiyninә әyib, fikirli-fikirli sümük gәmirirdi. Xe-
ronimo hirslәndi:
– Nә olub, bir saniyә dә öz sifәtini unuda bilmirsәn?
Başını qatmağa şey tapmırsan? Heç olmasa, bir dәfә düz
bax, boynunu әymә!
Senyora Olimpiya yenә domuşub, qәhvә qazança-
sını sobanın üstünә qoymaq üçün ocağı yellәdi. Kristino
pәrt olmuşdu.
– Nә düşmüsәn üstümә? Tik1 kimi başladı, sonra da
kompleksә çevrildi. İndi dә tәrgidә bilmirәm.
– Bununla bağlı Pedronun nә dediyini sәn ki
bilirsәn, – Xeronimo nәsihәt verirmiş kimi dedi. – Bu
kremlәrdәn, yağlardan da vacibi öz lәkәnә öyrәş-
mәkdi. İstәsәn dә, istәmәsәn dә, o, sәnin ayrılmaz yol-
yoldaşındı.
Fibulanın gözlәri lap yumrulandı vә bir qurtuma
yarım stәkan çaxırı içdi.
– Göynәyir?
Kristino qüssәylә başını tәrpәtdi.
– Onu rahat burax, – Fibula şәn halda dedi. – Qoy
indi dә mәnim sifәtim bayrağımız kimi ikirәngli olsun,
Tanrı haqqı, heç vecimә dә deyil! Bәsdi, üzünü gizlәtmә!
Kristino zorla gülümsәdi. Xeronimo hәlә dә öz de-
diyini deyirdi. Aydındı ki, bu mövzuda danışdıqları ilk
dәfә deyil. Xeronimo ocağın üstünә әyilmiş senyora
Olimpiyanı gözlәrilә göstәrib astadan dedi:
– Qarıya bax. Saqqalı keşişin saqqalından sıxdı,
ancaq üzünü gizlәtmir, kefini pozmur. Düz dә elәyir.
Kimin xoşu gәlmir, qoy baxmasın.
1 Tik – əzələlərin, başın, çiynin qeyri-ixtiyari olaraq atmasından ibarət əsəb
xəstəliyi