Page 322 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 322
– Üçә iyirmi beş dәqiqә işlәyib, – o tәәccüblәndi. –
Yemәyә düşmәk lazımdı. Azacıq bәxtimiz gәtirsә, sabah
hökmәn aydınlaşdırarıq.

– Bәs niyә bu gün nahardan sonra yox? – Kristino
dәrhal soruşdu.

Xeronimo barmağıyla don Linonun çıxardığı böyük
torpaq qalağını göstәrdi.

– Əvvәlcә bunu yaymaq lazımdı. Sәn bilirsәn ki,
yarımçıq iş görmәyi xoşlamıram. Az inandırıcı olsa da,
bәlkә, nәsә tapdıq. Bundan başqa, divarın planını da
çәkmәk lazımdı.

Xeronimo qazdıqları yerdәn çıxıb, diqqәtlә onun
şimal divarına baxmağa başladı. Bır dәqiqә sonra әlavә
etdi:

– Bu tәrәfdә qazıntını genişlәndirmәk lazımdı. Bir
dәnә dә şurf vurası olacağıq, adını A2 qoyaq. Onu sabah
elәyәrik, hәlә A1-i dәrinlәşdirәk. Bunun hamısını mütlәq
sәnәdlәşdirmәliyik. İndisә vaxtdı, gedәyin yemәyә.
322 Palıd ağacının budağına atdığı gödәkcәsini götürüb
çiyninә salaraq pafosla dedi:

– Mәncә, sabah problemimizi hәll elәyәcәyik vә
Aradas tәpәsi öz sirrinin bir hissәsini bizim üçün açacaq.
Heyif ki, rәhmәtlik don Virxilio bizimlә deyil!

5

Ocağın böyründә, arxası stola tәrәf oturmuş sen-
yora Olimpiya yavaş-yavaş dikәlib onlara sarı döndü.
Palıd kösövlәrinin istisindәn yanaqları allanmışdı. Qı-
zardılmış kartof tavasını odun üstündәn götürüb, altın-
da kürә olan, әtrafında arxeoloqların oturaraq, qoyunun
sümüklü tikәlәrini ağızlarına dürtüşdür-düklәri stolun
ortasına qoydu. Fibulanın arxasındakı pәncәrә açıq idi
vә qaqqıldayan toyuqların, banlayan xoruzların sәsi eşi-
dilirdi. Qarşıdakı divardan, taxçayla boşqablar, gil kasa-
   317   318   319   320   321   322   323   324   325   326   327