Page 319 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 319
finə
– Baxın, bir dәnә dә! – Vә gülәrәk oxudu: – “Qa-zın- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
tı apar-maq qa-da-ğan-dır”. – O, yenә güldü. – Ay sәni, 319
tәxәyyüllәri elә dә zәngin deyil!
Xeronimo maşını yerdәn bir az hündürdә, üstünә
qara boyayla üçüncü dәfә hәmin xәbәrdarlığın necә
gәldi yazıldığı qayanın yanında әylәdi. Yük yerindәn
kәndir dolağı, kәrki, bel vә payacıqlar çıxardıqları vaxt,
Kristino başını çiyninә tәrәf әyib, Xeronimodan soruşdu:
– Sәncә, bu elanı bizim üçün asıblar?
Xeronimo qaşqabaqlı halda çiynini çәkdi.
– Mәn hardan bilim? Don Lino üçün, bizim üçün,
şeytan üçün, Tanrı üçün. Mәnә elә gәlir, ayrı-ayrılıqda
heç kim üçün deyil, hamı üçündü. Bu, xәbәrdarlıqdı.
Hava yenә tutqun idi, ancaq boz buludların arasın-
dan hәrdәn-hәrdәn gün işarırdı.
– Dumandı, – Kristino başını qaldırıb dedi. – Nahar-
dan sonra dağılacaq.
– Oğlan, kәndçi olduğun dәrhal bilinir, – Anxel
güldü.
İşә başlamamışdan әvvәl dinmәzcә çalanın әtrafın-
da dayandılar; onlarda qayda belәydi. Fibula üst dodağı-
nı yalayıb sükutu pozdu:
– Fikirlәşәndә ki, milyonlar min illәrdi torpaqda
yatıb qalıb, adamın özünü asmağı gәlir, uşaqlar!
Anxelin uşaq çöhrәsi tәbәssümlә işıqlandı.
– Bәs sәn tapsaydın, neylәyәrdin?
– Mәn? Ağzımı yapışqanlayardım, hamısını әridib,
vaxtı çatanda öz kefimә yaşayardım. Tanrıya and olsun!
– Sәfehlәmә, – Xeronimo söhbәtә qarışdı.
– Sәfehlik? Doğrudan, sәn buna sәfehlik deyirsәn?
Fikirlәşirsәn, işimiz haçansa bizә on milyonlar qazandı-
racaq?
Xeronimo qeyri-ixtiyari iki dәfә çiynini çәkdi.
– Ancaq pul saymaqla mәşğul olsaydıq, pis olmaz-
dı, – hәqarәtlә dedi. – Nәdi, heç vaxt fikirlәşmәmisәn ki,
köklәrimizin uzandığı dәrinliklәrә, mәnbәlәrә gedib çat-