Page 315 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 315
finə

Yenicә bığ yeri tәrlәyәn Anxel tәәccüblәndi. MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
– Deyirsәn, bu tip detektorla gәzib?
– Gün kimi aydındı. Ancaq gәl, indi sübut elә. Dәfi- 315
nәnin tәsadüfәn aşkar olunduğunu tәsdiq elәmәkdәn
başqa әlac qalmır.
– Baş direktorun kömәkçisi bu mәsәlә barәdә mәnә
bәzi sözlәr deyib, – Kristino qeyri-müәyyәn danışdı. –
Hәm dә dedi ki, yalnız bir şurf qazmaq lazımdı. – Kris-
tino başını yana әyib, Xeronimodan soruşdu: – Bәs sәnin
planın nәdi?
Xeronimo barmağıyla hamar piştaxtanın üstündә
yanğındanqorunma xәndәyinin böldüyü meydançanı
çәkmәk üçün öz stәkanından tökülmüş iki damcıdan is-
tifadә elәdi.
– Dәfinә bax burda, xәndәyin bu başında tapılıb.
Toru küpün tapıldığı quyunun әtrafında nәzәrdә tutaq;
sonra tәxminәn beş santimetr qalınlıqda tәbәqәni gö-
türә-götürә quyuya düşәrik. Söhbәt, meydançada apa-
rılacaq hansısa qazıntıdan getmir, yalnız stratiqrafik1
gerçәkliklә tanış olmaq lazımdı. Yәni bizi hal-hazırda
maraqlandıran, dәfinәni müәyyәn arxeoloji sәviyyәyә
qoymaqdı.
Onu dövrәyә alan Kristino, Anxel vә Fibula
başlarını tәrpәdirdilәr. Dörd il әvvәl fakültәyә gәlәndә
ilk mühazirәsini necә hörmәtlә, hәvәslә dinlәmiş-
dilәrsә, indi dә Xeronimoya elәcә qulaq asırdılar.
Xeronimo sözünә davam etdi:
– Bundan başqa, bizim ağıllının çıxardığı bir yığın
torpağı yaymaq lazımdı. Asan olmayacaq, ancaq orada
nәsә qala bilәr. Bu adam Roma ilә Santyaqonu ucdan-
tutma qarışdırıb. Ancaq öz aramızdı, fövqәladә tapın-
tıdı! Əgәr onun tarixini müәyyәnlәşdirmәyi bacarsaq,
әmin olun ki, son iyirmi beş ilin әn gurultulu arxeoloji
xәbәri olacaq.

1 Stratiqrafik – stratiqrafiya – geologiyanın süxurların laylanması formalarını
öyrənən şöbəsi
   310   311   312   313   314   315   316   317   318   319   320