Page 321 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 321
finə

rünürdü. Xeronimo kәrkini götürüb, çalanın bir böy- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
rünü sәylә qazıdı; Anxellә Fibula cәld payaları çalırdılar.
Kvadratın cәnub hissәsindә yonulmuş daşa rast gәldilәr. 321
Xeronimo xәbәrdarlıq etdi:

– Diqqәt! Toxunmayın. Onların düzülüşü çox şey
deyә bilәr.

Dörd gәncin zәhmәti sayәsindә bir saat sonra daş
divarın küncünün alt cәrgәsi üzә çıxdı. Xeronimo fırçanı
hörgüdә gәzdirib, diqqәtlә әtrafdakı qara torpağa baxdı.
Kömәkçilәri әllәrini arxalarına qoyub onun nә edәcәyini
gözlәyirdilәr.

– Necәdi? – Fibula maraqla soruşdu.
Xeronimo gödәkcәsinin qoluyla tәrli alnını silib
әsәbi halda dedi:
– Bunun yaşayış yeri olduğuna şübhә yoxdu. – Son-
ra әlavә etdi: – Ancaq bu heyvan don Lino hәddindәn
çox dәrin qazıb.
– Hәddindәn artıq?
– Demәk istәyirәm ki, döşәmәni dәlib. İndi otağı
üzә çıxarmaq lazımdı, onda aydın olar.
Yavaş-yavaş kül, sümük, Xeronimonun ehmalca bir
kәnara qoyduğu saxsı qırıqları üzә çıxırdı.
– Hә, uşaqlar! – onları ruhlandırırdı. – Artıq maraqlı
olmağa başlayır.
Anxel belini dikәltdi, dilinin ucunu çeynәyәrәk
üstündә tәsvir olan saxsı parçasını Xeronimoya uzatdı.
– Bәs bu nәdi? – xәbәr aldı.
Xeronimo sevincini büruzә vermәdi.
– Əlbәttә, әvvәlcә fikirlәşdiyimiz kimi, bu, dәfn olu-
nan adamın geyim әşyaları deyil. – Ovcundakı qırıntını
diqqәtlә gözdәn keçirdi. – Düzbucaqlı otaqda belә saxsı
vacib bir şeyә – keltiberlәrin Mәrkәzi yaylanın şimal-
şәrqinә keçmәsinә aydınlıq gәtirә bilәr.
Toplanılan qalıqları dәri çantasına yığıb, әlinin
torpağını çırpdı vә qurşağındakı kiçik cibdәn çıxartdığı
köhnә saata baxdı.
   316   317   318   319   320   321   322   323   324   325   326