Page 335 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 335
finə

Xeronimo, Kristino vә Fibula cәld onun yanına qaç- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
dılar. Çiyinlәrindә toxa, dәryaz, oraq olan adamlarla
dolu qoşqulu qırmızı traktor yuxarı mәhәllәdә dayanıb, 335
sanki kimisә, nәyisә gözlәyirdi. Mühәrrikin tırıltısı
aydınca eşidilirdi. Aşağı mәhәllәdә, tәpәdәn lap xırda
görünәn on-on beş oğlan “Lendrover”in yanında vur-
nuxub, ona nәsә yüklәyirdilәr. Kәnd camaatı meydana
yığışırdı, bir kişisә adamlara yaxınlaşıb, elә bil onlara
tapşırıqlar verirdi. Zәng sәslәrinin ardı-arası kәsilmәk
bilmirdi.

– Mәnim kәndimdә yanğın olanda belә zәng
çalırlar, – Kristino dedi.

Xeronimo aşağı baxdı, gödәkcәsinin cibindәn qeyri-
iradi şirni çıxarıb ağzına qoydu.

– Bunun yanğına dәxli olduğuna çox böyük şübhәm
var, – dedi. – O dәstәylә bu dәstәnin arasında vurnuxan
o taxta ayaqlı adamı görürsünüz? Bu, Repeydi, topal
iylәnmiş. Dünәn Pako ilә gedәndә bizә tәrәf tәrbiyәsiz
hәrәkәti o elәmişdi.

Qırmızı traktor yuxarı mәhәllәdәn tәrpәnib, bir
neçә dәqiqә sonra meydandakı “Lendrover”lә qarşıla-
şanda, zәng sәslәri qәfildәn kәsdi. Maşınların yanında
fikir ayrılığı yarandı, nәhayәt, Repey dә aralarında,
iyirmi beş adam “Lendrover”ә vә qoşquya doluşdu;
kәndin iyirmiyә yaxın qalan camaatı isә qalalı tәpәyә
vaşaq kimi qayaların arasıyla dırmaşmağa başladı.

Xeronimo tәpәnin başında dayanıb, narazılıqla
başını yırğalaylrdı.

– Şübhә elәmәyә dәymәz, – o dedi, – onlar bizim
canımızı almağa gәlirlәr.

Anxel ona yaxınlaşdı:
– Şef, niyә dağı aşıb, Pobladura enmәyәk? Hәlә vaxt
var. Bu kәnd camaatından nә desәn çıxar.
Kristino özünü tәhqir olunmuş hiss elәyib, onun
üstünә çımxırdı:
– Sәrvәtinin әllәrindәn alındığını düşünәndә, şә-
hәrlilәr bundan da betәrini elәyәr.
   330   331   332   333   334   335   336   337   338   339   340