Page 338 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 338
verirdi. Onun tüksüz, lırt, qat-qat sallanıb, az qala
buxağına qarışmış, әtli qulağına qәdәr yağlanmış sifәti
bәdәninә görә balaca idi. Bütün bәdәniylә qoltuqağacına
söykәnib, sol әliylә ovçu çantasından armud çıxartdı, o
tәrәf-bu tәrәfinә baxıb, saplağını qopardı vә baş barma-
ğının qara dırnağıyla ehmalca bir parça qoparıb ağzına
qoydu. Onun hәrәkәtlәrindәn tutduğu siçana baxıb
lәzzәt alan pişiyin toxtaqlığı hiss olunurdu. Ağzı dolu
halda, gözlәrini armuddan ayırmadan dedi:
– Nәdi, oxumaq bilmirsiniz? Aşağıdakı elanı görmә-
yibsiniz? Sizinlә özgә necә danışaq?
– Onun bizә aid olduğunu düşünmәdik, – Xeroni-
mo sadәlövhcәsinә gözlәrini döydü. – Biz bura qanuni
yolla gәlmişik. Qazıntı Madridin әmriylә aparılır.
Armudun bir qırıntısı Repeyin ağzının qırağına ya-
pışmışdı vә o danışdıqca, qırıntı qalxıb-düşürdü, ancaq
yanağından qopmurdu. Repeyin arxasında durub ağır-
338 ağır nәfәs alan kәndlilәr sanki onun “Hücum!”әmrinә
bәnd idi. Dövrәlәmә durmuş cәrgәnin bir ucunda,
başına boz beret qoymuş keçiotaranın narazılıq yağan
quruyub-qaralmış sifәti sәyriyirdi. Repey ağzına bir
dişdәm dә armud qoyub tәkәbbürlә dedi:
– Axı Madrid özgәnin evindә niyә ağalıq elәmәlidi?
Madridinki – Madridin, Xamonesinki – Xamonesin.
Camaatın arasında tәqdiredici uğultu gәzdi, arxa
cәrgәdәn isә kiminsә cingiltili sәsi eşidildi: “Doğrudu!”
Ancaq Xeronimo inadla öz haqqını müdafiә elәmәyә
çalışırdı.
– Nazirlik Madriddә yerlәşir, – az qala qışqırdı, – bu
tәpәdә qazıntı aparmaq üçün onlar bizә icazә veriblәr.
– Əşi, rәdd ol! – әlindәki toxanı silkәlәyәn yamaqlı
velvet pencәk geyinmiş kişi bağırdı; әtrafdakılar hay-
küy qaldırdılar.
Repey dinmәzcә bu sәhnәni seyr elәdi, üzündә heç
bir ifadә yaranmadı; armudu axıra kimi yeyib, tumunu