Page 342 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 342
Cavabında gurultulu hay-küy qalxdı, alәtlәrini gö-

türüb gedәn arxeoloqlar kәndlilәrin arasından dәstәylә

keçәndә isә iztehzalı hay-küy daha da güclәndi. Hadisә-

nin dinc şәkildә başa çatmasından mәyus olan biri toxa-

nı Anxelin ayaqlarının qarşısına uzatdı vә o büdrәyәrәk

özünü saxlaya bilmәyib yıxıldı. Oğlan heç nә demәdәn

alәtlәri yığıb, qorxu içindә özününkülәrin arxasınca qa-

çanda kütlә lap uğunub getdi.

Yanğındanqorunma xәndәyini keçib qurtarhaqur-

tarda acıqlı zil kişi sәsi onları haqladı:

– Köpәyuşağı, geri qayıtmağı ağlınıza belә gәtir-

mәyin, yoxsa sizi dә asarıq!

Xeronimo hiddәtlәnsә dә, vәziyyәtin qәfil pislәşmә-

sindәn dilxor olmuş halda maşına oturdu. Qeyri-ixtiyari

ağzına şirni alıb, maşını yerindәn tәrpәtdi vә kuklaların

asıldığı ceviz ağacının yanından keçәndә çiynini çәkib

dedi:

342 – Ömrümdә ilk dәfәdi başıma belә iş gәlir. Haraya
yozursan yoz, xeyri yoxdu, çox alçaldıcı hadısәydi.

Kristino qaşlarını oynatdı.

– Bu ölkәdә mәktәblәr çatışmır, hamısı ona görәdi.

– Di gәl zibil hәddindәn artıq çoxdu, – bayaqdan

özünü saxlayan Fibula partladı. – Ancaq bu albinos har-

dasa qarşıma tәk çıxsa, özüm ölüm, onun bir şeyini kәsә-

cәyәm.

Maşın şoseyә çıxanda Kristino Xeronimodan

soruşdu:

– İndi nә edәcәyik?

– Sәncә, nә elәmәliyik ki? Fikirlәşirәm, ilk әvvәl al-

kaldla görüşmәliyik, qoy onlara möhkәmcә qulaqbur-

ması versin. Qoy o topalı dama bassınlar. Biz hәlә

vuruşacağıq. Bu quldur dәstәsinin öz istәyinә çatma-

ması üçün әlimizdәn gәlәni elәmәliyik.

Onlar ayuntamentoda burnuna plastır yapışdırmış

alqvasili tapdılar; o, iti yemlәyirdi. Alqvasilin dediyinә

görә, camaatın harda olmasından xәbәri yox idi. Alkald
   337   338   339   340   341   342   343   344   345   346   347