Page 340 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 340
Gündәn yanmış, qara beretli, üzlәri cadar-cadar
olmuş adamların içindә albinoslar kimi dәrisinin ağ-
lığıyla seçilәn birisi hirslә orağını silkәlәyib qışqırdı:
“Vaxtı boş yerә itirmәyә dәymәz, Repey, onları asaq!”
Tәpәdәkilәrin hamısı dәrhal söyüş yağdırdılar. Birinin
qışqırığı o birini qızışdırırdı, açıq-sarı rәngli svıter ge-
yinmiş oğlansa onları sakitlәşdirmәyә zorla macal
tapırdı. Ehtirasların son hәddә çatdığından razı qalan
Repey, nәhayәt, qoltuqağacını yuxarı qaldırıb hamını
sakitliyә çağıraraq tәkәbbürlә dedi:
– Eşidin vә bilin, bu, bizim, bizim kәndin sәrvәtidi,
sizsә şәlә-külәnizi yığışdırıb, burdan sürüşün. Necә qaz-
mağı, bunun üçün kimi çağırmağı biz özümüz bilәrik.
Camaat özündәn çıxmamış, Xeronimo yenә onları
başa salmağa çalışdı:
– Nәzәrә alın ki, bu işi yalnız mütәxәssis görә bilәr.
Bu yerdә özünün әvvәlki hәrәkәtindәn ruhlanmış
340 ağdәrili kişi – albinos önә çıxıb kobud barmaqlarıyla
alәtlәri vә torpaq qalağını göstәrәrәk dedi:
– Onun harası mütәxәssisdi ki, beli dә әmәlli-başlı
tuta bilmir!
Onun sözlәri әdәbsiz qışqırıqlar vә söyüş qarışmış
gülüş dalğasında itib-batdı.
Xeronimonun mavi gözlәrindә dәrin bir kәdәr
oxundu. Kömәkçilәrinә tәrәf dönüb dedi:
– Hәr şeyi yığışdırın. Elә bu saat gedirik.
Repey onların lәvazimatlarını topladığını görüb
coşdu:
– Madriddә deyin ki, burda heç kim qazıntı apar-
mayacaq, bәlkә, kraliça tәşrif buyursa, onda baxarıq.
Ağdәrili adam kәndlilәrinә sarı çevrilib, yabanı sil-
kәlәdi vә barmaqlarının ucuna qalxıb var gücüylә bağır-
dı:
– Ala! Kraliça gәlsә dә, xeyri yoxdu!
Camaat yenә onu müdafiә etdi.