Page 334 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 334
– Baxın, – o dedi.
Cırıq pencәyә sancaqla bәrkidilәn vәrәqә “Don
Lino”, ikinci kuklanın didilmiş tünd-qırmızı paltarına
“Pelaya” yazılmışdı.
Anxel qorxa-qorxa Xeronimoya baxdı:
– Gәl hәr şeyi atıb gedәk. Yerlilәr әmәllicә qızışıblar.
Fibula baş barmağını ona toxundurdu:
– Anxelito bir yerdә bәnd ala bilmir.
Xeronimo çiynini çәkib maşına oturdu:
– Bәsdirin, getdik yuxarı. Bunların hamısı keçiota-
ranın hoqqasıdı. Hansısa başıxarabın hәdәsinә fikir ver-
sәk, vay halımıza.
Göy üzü hәlә dә tәrtәmiz idi. Payızın әvvәllәrindә
olduğu kimi, torpağa can verәn işıq dağların zirvәsini
qızılı rәngә boyamışdı. Dәrәdәn axan çay çılpaq söyüd-
lәrin arasından parıldayırdı vә hәlә çiçәklәyәn vaxtı ol-
masa da, lavandanın zorla duyulan qoxusu tәpәnin
334 başına gәlib çatırdı. Yuxarı mәhәllәdә itlәr hürüşürdü.
Xeronimo әlәyi götürdü:
– Yaxşı, qolumuzu çırmalayaq, – torpaq qalağına
yaxınlaşaraq dedi. – Ən әvvәl әlәmәyi qurtaraq. Sonra
bu lәnәtә gәlmiş tikintiylә mәşğul olaq, onun ucbatından
bütün gecәni yatmamışam.
Əlәnәn torpaqdan heç bir sürpriz çıxmadı. Tәmiz
әlәyib qurtarandan sonra divarın planını çәkmәk üçün
Xeronimo, dalınca da Kristino, Fibula vә Anxel çalaya
düşdülәr. Qәfil aşağıdan zәng sәsi eşıdıldı. Heyrәt-
lәnmiş Kristino üst dodağını dişlәyib tәşvişlә dedi:
– Hәyәcan zәngi çalırlar.
Xeronimo öz qәdimi zәncirli saatına baxdı.
– Ona iyirmi beş dәqiqә qalıb, – dedi. – Bәlkә, mes-
saya çağırırlar?
Anxel qayanın kәnarına yaxınlaşdı.
– Bura gәlin! – o qışqırdı. – Aşağıda nәsә baş verir.
Bütün kәnd yığılıb. Ora baxın!