Page 309 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 309
finə

baxırdı, ancaq evlәrin günbatan tәrәfi yaşıl mәhәc- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
cәrlәrindәn dibçәklәr asılmış şüşәbәnddi. Üç mәhәllәyә
bölünmüş kәndi dağı dolanan iki yol birlәşdirirdi; kәn- 309
din ortasında düzbucaqlı meydan görünürdü, onun bir
tәrәfindә qala kimi pәncәrәsi, qapısı olmayan, iri boz
daşlardan tikilmiş kilsә ucalırdı. Evlәrin dalında bostan-
lar vә sarmaşıq bürümüş palçıq divarlarla ayrılan mal
tövlәlәri bir-birinә sığınmışdı. Qarayonca sahәsinin ge-
nişlәndiyi, tağ-tavanının altında suların köpüklәndiyi
balaca dәyirmanın böyründә qırmızılı-sarılı lifdidәn
maşın boş-bekar dayanmışdı. Burdan – yuxarıdan ba-
xanda kәnd tәrk edilmiş kimi görünürdü. Yolda yalnız
yuxarı mәhәllәyә gedәn arabalı bir adam qaraltısı sezi-
lirdi; qabaqda it qaçırdı. Qәfil şiddәtlәnәn külәk taraz-
lığını itirәn Pablitonu, az qala qaya parçasının üstündәn
salmışdı.

– Ehtiyatlı ol, yıxılarsan! – Xeronimo dedi.
Baş direktorun kömәkçisi don Linoya yaxınlaşdı.
– Burda neçә tәsәrrüfat var?
– Tәsәrrüfat? Azdı. Bilmirәm, heç әlli olarmı?!
– Demәk, iki yüz adam?
– İnanmıram o qәdәr ola, – don Lino qımışdı. – Xә-
bәrdarlıq elәyirәm ki, buranın camaatı vәhşi kimidi. Bir
dәfә öküzü zәng qüllәsinә çıxarmaqdan mәrc gәliblәr;
çıxarıblar da.
Baş direktor kömәkçisi eşitdiyini eyninә almadı.
– Bәs sәrhәd nişanı hardadı?
Don Lino iri әlini cibindәn çıxarıb, yanğından-
qorunma xәndәyinin başlanğıcını göstәrdi.
– Bax orda, biz qalxdığımız yerdә, gәzdәkdә, Pobla-
dura torpaqlarıyla sәrhәd ordan keçir. Yüz metr, bәlkә,
ondan da az mәsafә mәnim kәndimi böyük qazancdan
qoydu.
Söhbәtdә iştirak etmәyәn Xeronimo diqqәtlә vadi-
yә, qarşı tәrәfdәki yamacda, tәkәmseyrәk ot tayalarının
arasında otlayan keçi sürüsünә baxırdı. Aşağıda, çay
   304   305   306   307   308   309   310   311   312   313   314