Page 293 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 293
finə

sübutdu, di gәl, burda tәzә bir şey yoxdu, hamımız bu MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
haqda bilirdik, hәtta Polkovnikin özü dә şübhәlәn-
mişdi... 293

Baş direktorun kömәkçisi yerindә qurcuxdu.
Tәhlükәsizlik kәmәrini lap boşaltdı.

– Axmaq şeydi, – әsәbiliklә dedi, – adamın mәdәsini
sıxır, bәrk materialdan olanlar yaxşıdı, sәn niyә bunu
dәyişmirsәn? Sıxmamaq üçün, heç olmasa, tutqacdan-
zaddan düzәltdirәydin, – Xeronimoya sarı dönüb, yalan-
dan gülümsәdi vә söhbәti dәyişmәk üçün tamam başqa
tonda dedi: – Bәs vaxtından әvvәl nәticә çıxartdığını
düşünmürsәn? Əvvәl-әvvәl Pablito mәnә dedi ki, xüsusı
yayı olan qövsvarı yastı zoomorf sancaq, Duero hövzә-
sindә tapılan ilk vә yeganә sancaqdı. Nә Paduyada, nә
Xaramiyoda ona oxşarı yoxdu.

Xeronimo yenә çiynini çәkdi.
– Nә olsun? Dәmir әsrinin ikinci dövrünә aid
mәmulatlar arasında nә yoxdu ki. – Baş direktorun kö-
mәkçisinә sarı dönәndә, onun işıqlı, dalğın gözlәrindә
mәzәmmәt sezildi. – Bir mәsәlә dә var, Pako. Ürәyimdәn
qara qanlar axır. Aydın danışmağımı istәyirsәn?
Baş direktorun kömәkçisi kәkәlәyirmiş kimi, qırıq-
qırıq güldü.
– Qaqa? – dәqiqlәşdirmәk üçün soruşdu.
– Aydındı, özgә kim olasıdı ki? Ona deyirәm,
üçgünlüyә Almeriyaya gedirәm, amma gedib iki hәftә
veyillәnirәm. İki hәftәdәn sonra zәng elәyirәm ki, gәl-
mişәm, ancaq görüşmәmiş tәzәdәn yola çıxıram. Mәgәr
bu, yaxşı işdi? Düzünü de, Pako, belә şeylәrә dözәn çox-
mu qız tapılar?
Baş direktorun kömәkçisi yenә qaqqıldayıb güldü.
– Hәlә sәnә ultimatum vermәyib: ya mәn, ya kü-
lüng?
– Vermәyib dә sözdü, hәr gün...
Baş direktorun kömәkçisi gülәndә uzağı görmәyәn
gözlәri eynәyin qalın şüşәsi arxasında çinlilәrin gözü
kimi qıyılırdı.
   288   289   290   291   292   293   294   295   296   297   298