Page 289 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 289
finə
gözlәnilmәz sәfәr ortaya çıxıb... Çox tәәssüflәnirәm, MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
gözәlim, ancaq mәnim günahım yoxdu... Boş-boş danış-
ma... Əlbәttә, tәcilidi... Yox, tәxirә salmaq olmaz... De- 289
yәsәn, dәfinәdi... Dәqiq deyә bilmirәm, özüm dә baş
açmıram... Hamısı Pakonun hoqqasıdı, tapşırığı o verir...
Mәncә, iki-üç gün... Əlimdәn nә gәlir ki? Bu, mәnim
işimdi, Qaqa, sәn başa düşmәlisәn... Çox tәәssüf-lә-
nirәm... Qayıdım, sakitcә danışarıq... Yaxşı, yaxşı... Qayı-
dan kimi zәng vuraram... Öpürәm.
Xeronimo dәstәyi asıb qalxdı; baxdığı jurnalları dәs-
tәlәdi, nanәli konfet paketini stulun başından asılmış gö-
dökcәsinin cibinә qoydu, qonşu otağın qapısını açdı –
qıvrım saqqalı sәliqәylә vurulmuş solğunüzlü gәnc, fi-
kirli qara gözlәrini ona zillәdi:
– Yenә nә olub?
– Hәmişәkindәn, – Xeronimo cavab verdi. – Yenә
getmәk lazımdı. Deyәsәn, Xamonesdә dәfinә tapıblar.
Tәpәdә. Anladın? Bizim әziz Polkovnikin İkinci Koqotas
adlandırdığı yer... Bir saatdan sonra Pakoyla yola dü-
şürük.
Qıvrımsaqqallı gәnc yumruğunu sağ yanağına
söykәdi:
– Mәgәr o tәpәdә hәlә qazıntı aparmayıblar?
Xeronimo başını yırğaladı:
– Belә axtarışlar çürük qoza dәymәz. – Koridora çı-
xan qapıya tәrәf getdi. – Hә, Narsiso, – әlavә etdi, – Pako
mәni gözlәyir, sәnsә ona yaxşı bәlәdsәn. Manoloya çat-
dır ki, mәnim әvәzimә dәrslәri keçsin. Ona “meqalitlәr”
de, özü başa düşәcәk.
Xeronimo küçәdә dayanıb tәrәddüd elәdi. Maşını
harda saxladığını hәmişә unudurdu. Nәhayәt, prospekti
keçib, iki yüz metr irәli gedәrәk çirkli, boz “Ritmo”nun
yanında dayandı. Qapını aça-aça dodağının altında de-
yindi. Fakültәnin yanından keçәrәk meydanın başına
dolanıb, öz evinin qarşısında dayandı. Bir gün әvvәl sto-
lun üstündә qoyduğu balaca çamadan elәcә açılmamış