Page 288 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 288
1
Oxumağa başı elә qarışmışdı ki, telefon sәsinә dik-
sindi. Yenicә oyanıbmış kimi, süst halda dәstәyi qaldırdı;
hәmişә kәdәrli vә dalğın olan mavi gözlәrindәn laqeyd-
lik oxundu.
– Bәli, – büzüşәrәk dillәndi. Key kimiydi, üstәlik,
baş direktorun kömәkçisinin telefonda dәyişәn sәsi dә
anlaşılmırdı. Balaca stәkandakı qәlәm vә karandaşları
qurdalayan Xeronimo onun sözlәrinin mәnasını çәtin
başa düşürdü.
– Dәfinә? – şübhәylә soruşdu. Onun laqeydliyi baş
direktorun kömәkçisini hirslәndirdi, onsuz da çәtin başa
düşdüyü danışığı lap anlaşılmaz oldu. Xeronimo tәlәs-
mәdәn başını qaldırıb, stәkandan qırmızı qәlәmi götü-
rәrәk ucunu yavaşca dişlәdi.
– Bәli, bәli. Sәni yaxşı eşidirәm... Ancaq nәzәrә al ki,
saat on birdә mәşğәlәm var. Əgәr sәnin üçün fәrqi yox-
288 dusa, bәlkә, saat birdә?
Xeronimo hirslәnәnә oxşayırdı. Qәlәmlә stәkanın
dibini taqqıldatmağa başladı.
– Pako, mәn Almeriyadan gecә qayıtmışam, –
әsәbini cilovlayaraq dedi. – Mәni başa düş. Bütün günü
maşın sürmüşәm... Hәtta Qaqanı da görmәmişәm...
Özün fikirlәş... Sәn ki onu tanıyırsan...
Dәstәkdәki zorla anlaşılan sәs daha da ciddilәşdi.
– Yaxşı, yaxşı, – Xeronimo dedi. – Bir saatdan sonra
orda olacağam. Tez? Qanad çıxarasıyam? Pako, kimsә
dәrsdә mәni әvәz elәmәlidi... gәrәk yığışam, Narsisonu
xәbәrdar elәyәm... mәnә vaxt ver... Yaxşı, maşınla gәlә-
rәm...
Dәstәyi asıb, әliylә üzünü örtdü vә barmaqlarıyla
ağrıyan gözlәrini sıxaraq bir neçә saniyә belәcә oturdu.
Sonra yenә dәstәyi götürüb nömrәni yığdı. Sәsi yumşal-
dı, mehribanlaşdı.
– Qaqa? Hә, mәnәm, Xeronimodu... Hәr şey qayda-
sındadı... Əslindә, hamısı yox... Tәzә xәbәr var... Başqa