Page 281 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 281
tdan salınmış şahzadə
– Daha sabun almaq da yaddan çıxıb. Bu, sizdә MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
әmәlli-başlı xәstәliyә çevrilib. 281
Kikonun gözlәri indi xırda vә sönük idi. O, әlini ci-
binә soxub diş pastasının boş tübikini çıxartdı. Qapağını
açıb, xәfifcә gülümsәdi.
– Bax, Vito, tapançadı.
– Hә, әzizim.
Domi mәtbәxә qayıtdı.
– Bu Femio da itin biriymiş, belә getmәkmi olar?..
– Sus! – Vito onun sözünü kәsib, sәsini qaldırdı: –
Bir dә bu haqda danışma!
Xuan, onun arxasınca da Kiko mәtbәxdәn çıxdı. O,
koridorla ayaqlarını zorla sürüyürdü. Havası yenicә dә-
yişdirilmiş otaqda heç kim yox idi. Küçәnin nәmişlik qo-
xuyan soyuq havası içәri dolmuşdu. Kiko diqqәtlә
mәlәyә baxdı. Sonra gözü stolun üstündәki manikür
qayçısına sataşdı. Tübiki cibinә soxub, onu әlinә götür-
dü.
– Mәn Blasam, – dedi.
Xuan әvvәlcә ona elә dә fikir vermirdi, ancaq Kiko
qayçının ağzını açıb, ştepselә yaxınlaşanda maraqla ona
baxmağa başladı.
– Sәn nә elәyәcәksәn?
– İşığı tәmir elәyәcәyәm, – Kiko cavab verdi. – Mәn
Blasam.
Qayçının ucunu yavaş-yavaş ştepselә yaxınlaşdırıb
deşiyә soxanda ordan göy alov çıxdı. Kiko “ay!” deyib
qışqırdı, döşәmәnin plitәsinә dәyәn qayçının cingiltisi
eşidildi vә otağa qaranlıq çökdü.
– Əlim yandı, Xuan, – Kiko qaranlıqda dedi. Əlini
necә paltarına sürtdüyü eşidilirdi. – Mәni elә bil qıdıq-
ladılar.
Uzaqdan Ananın sәsi gәldi:
– Nә olub?
Sonra Vitoranın sәsi eşidildi:
– Heç nә, senyora, qısaqapanmadı.