Page 282 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 282
Ancaq Xuan qışqıra-qışqıra dedi:
– Kiko qayçını ştepselә soxdu!
İşıq yananda ayaqqabısının dabanlarını parketә dö-
yә-döyә Ana, onun da arxasınca Pablo, Markos, Merçe,
Domi vә Vitora koridorla gәlirdilәr. Kiko döşәmәdә otu-
rub, әlini qırmızı sviterinә sürtә-sürtә yanmış ştepselә
vә onun yanındakı әclaf qayçıya baxırdı. Ana general ki-
mi hökmlü sәslә dedi:
– Niyә uşaq hәlә yatmayıb? – Kikonun әlindәn dar-
tıb qaldırdı vә uşaq şapalağı gözlәyәrәk gözlәrini qıyıb
dalını qısdı. Ancaq şapalaq açılmadı; Ana qışqıra-qışqıra
yalnız onu silkәlәdi: – Günlәrin bir günü canın çıxacaq!
Qayçını ştepselә soxmaq kimin ağlına gәlәr! Sәni tok
vurdu, elәmi?
Kiko dinmirdi. Başına yığılanlara baxırdı vә
Merçenin ona göz vurub gülümsәdiyini görәndә xeyli
rahatlıq hiss elәdi. Sonra hamısı bir-birinin dalınca
hәvәssiz halda qonaq otağına yollandılar. Vitora onun
282 әlindәn tutdu.
– Gedәk, oğlum, – dedi, – tez çarpayıya!
O, Kikoyla sarı vanna otağına girib, qapağı qaldı-
raraq uşağı unitaza otuzdurdu.
– Di indi çoxlu piş elә, – onun böyründәn tutaraq
dedi.
Kiko çәnәsini sinәsinә sıxıb, bәdәnindәn sanki әsra-
rәngizcәsinә axan şәffaf şırnağa baxırdı. O qurtaranda
Vitora işığı keçirdi vә onlar uşaq otağına getdilәr. Orada
uşağı götürüb çarpayıya qoydu. Vitoranın әyri bar-
maqları onun qırmızı sviterini, şalvarını, mavi köy-
nәyini, tumanını tezcә dartıb әynindәn çıxartdı; hamısını
qatlayıb sәliqәylә kreslonun üstünә qoydu.
Kiko bәrkdәn әsnәdi.
– Ayaq üstә dura bilmirsәn. Yatmaq istәyirsәn, düz-
dü?
Kiko başını tәrpәtdi. O, mәlәyә, güllü kresloya,
metal kitab rәfinә, qardaşlarının boş çarpayısına,
göyqurşağı әmәlә gәlәn yerә baxdı. Vitora Markosun
   277   278   279   280   281   282   283   284   285   286   287