Page 277 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 277
tdan salınmış şahzadə
içәri keçәrәk, barmaqlarının ucunda qalxdı ki, stolun 277
üstündәn Pablonu görә bilsin.
– Sәn artıq mәktәbdәn gәlmisәn dә, elәdi, Pablo?
– Özün görürsәn, – Pablo cavab verdi.
Kiko gülümsәdi, ancaq qardaşının qaşqabağını tök-
düyünü görüb özünü yığışdırdı. Ana Pablonun başını
tumarladı.
– Kefin yoxdu? – o soruşdu.
Pablo iztehzayla gülümsәdi.
– Ürәyindәkini çәkinmәdәn mәnә deyә bilәrsәn, –
Ana әlavә elәdi.
– Niyә mәnim kefim olmamalıdı ki? – Pablo dedi. –
Adamın ürәyindә nәlәr olduğunu hәmişә gәrәk bilәsәn.
Ana sanki onu eşitmirdi. O, Pabloya yox, özünә ca-
vab verirdi: “ Cәsarәtini topla, ona “yox” de”.
Pablo başını qaldırıb onun gözlәrinin içinә baxdı.
Ana baxışlarını qaçırtdı. Pablo dedi:
– Atama söz vermişәm ki, gedәcәyәm, gedәcәyәm
dә, әn azı onun xatirinә.
Kikonun gözlәri parıldadı.
– Sәn atanın müharibәsinә gedәcәksәn? – vәcdlә so-
ruşdu.
Pablo tәәccüblә ona baxdı.
– Elәdir ki var, – sәrt şәkildә dedi, – atanın mühari-
bәsinә, qarşımdakı mәqsәd mәhz budur. Sәn hardan bil-
din?
Ana diqqәtlә böyük oğluna baxdı.
– Bu, sәni sevindirmir, elәdi?
Pablo birdәn stulun arxasına söykәndi.
– Elә dә deyil, sadәcә mәn bunu başa düşmürәm, –
yenә nәsә demәk istәdi, ancaq fikrindәn daşındı. Nәha
yәt, bir xeyli sükutdan sonra әlavә elәdi: – Padre Lyanos
deyir ki, veteranlar cәmiyyәti hәr yerdә var, ancaq bizim
ölkәdә yalnız hamısı – onlar da, o birilәr dә birlәşsә, nәsә
elәyә bilәrlәr. Hamısı birlikdә, başa düşürsәn? Köhnә
incikliklәri unutmaq üçün bu, yeganә yoldu.
Ana başını tәrpәtdi.