Page 273 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 273
Taxtdan salınmış şahzadə
– Yaxşı, – o dedi. – Ata “yaxşı” dedi. İndi patefonu MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
oxutmaq olar?
273
– Olar, – Ana cavab verdi vә hamı qaçıb gedәndәn
sonra astadan әlavә elәdi: – O, hәmişә ağrıyan yerdәn
vurur. Adicә mübahisә elәsәk, başqa mәsәlә, ancaq
Pablo qәsdәn qurşaqdan aşağıya vurur.
– O, hәmişә belә olub, – Kuki bibi razılaşdı. – Mәn
Pabloyla heç iki gün dә yaşaya bilmәzdim.
Ana boğazını arıtladı. Elә bil hәlә dә nәsә onu da-
nışmağa qoymurdu. O, asta-asta dedi:
– Bizim aramızda artıq hәr şey çoxdan qurtarıb.
Ancaq bunlar var, – o, çәnәsiylә Kikonu göstәrdi, – riya-
karlıq elәmәk lazım gәlir. Bütün hәyatım komediyadı.
Kuki bibi yerindә qurcuxdu.
– Yox, sәn sәhv elәyirsәn, – o dedi. – Nikahda iki
tәrәf olur. Bir-birinizi yaxşı tanımaq üçün siz kifayәt
qәdәr bir yerdә yaşamısınız. Bir tәrәf әleyhinә olanda,
nikah pozula bilmәz. Əgәr sәn, onsuz da, komediya oy-
nayırsansa, elә onu niyә әrinlә oynamayasan?
“America the beautiful”1 oxuyan Xeyli Millsin sәsi
uzaqdan eşidilәndә, Kiko uşaq otağına cumdu. Markos,
Tete, Merçe vә Xuan patefonun әtrafına yığışmışdılar,
Tete ayağını musiqiyә uyğun yerә döyürdü, Xuan isә
burnunu qurdalayırdı. Lampanın altındakı stolda
plastinkaların paketlәri qalaqlanmışdı. Kiko onlara bir-
bir baxmağa başladı vә birdәn dayanıb çirkli dırnağını
it fiquru tәsvir olunmuş vә “Onun sahibinin sәsi”
yazılmış qara çәrçivәyә toxundurdu.
– Merçe! – o çağırdı. – Bu it niyә burda oturub? Axı
onu öldürәrlәr!
– Vay, Kiko, – Merçe dedi, – sәn böyümәkdәnsә
balacalaşırsan, get-gedә dә qanmaz olursan. Axı bu,
tüfәng deyil, qәdimdәn qalma qramofonun borusudu.
1 America the beautiful – gözəl Amerika (ing.)