Page 269 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 269
tdan salınmış şahzadə

Hәrflәrin arasında cızma-qara elәyib, açıqcanı, içәri MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
girәn Anaya fәxrlә göstәrdi.
269
– Mariololiyә mәktubdu, – o dedi.
– Nә gözәl! – Ana dedi. – Sәn indi çox yaxşı yazır-
san.
O, açıqcaları yığışdırdı. Sonra boşqabı jurnal stolu-
nun üstünә qoyub, qılıqlı sәslә әlavә elәdi:
– İndi mәnim balam ağıllı olacaq, qulançardan bir
az yeyәcәk, elәdi, әzizim?
Kiko qaşqabağını tökdü:
– Onda qoy onlar sussunlar!
– Kimlәr sussun? – Ana tәlәsik soruşdu.
– Qoy onlar rәqs elәmәsinlәr!
– Xuan, – Ana dedi, – get Merçeyә, onun rәfiqәlәrinә
de ki, patefonu söndürsünlәr.
– Hәm dә Vito buraya gәlsin! – Kiko әlavә elәdi.
– Vitoya da denәn bura gәlsin, – Ana Xuanın ardın-
ca qışqırdı.
– Qoy hәm dә… hәm dә…
Ana qulançarı onun ağzına soxdu. Kiko çәngәlin
ucunu dişlәdi. Ana yumşaq tәrzdә dedi:
– Balaca uşaqlar belә edirlәr, Kiko. Di ye.
O, yemәyi bir xeyli ağzında saxladı. Vito içәri girdi.
Musiqi artıq kәsilmişdi.
– Əzizim, indi görәk boşqabın hamısını böyüklәr
kimi necә yeyirsәn, – Vito dedi.
Domi, qucağında, başını onun çiyninә qoymuş
Kristina, onların arxasınca da Xuan içәri girdi.
– Senyora, – Domi dedi, – bilmirәm bununla nә elә-
yim, qucağımdaca yatır.
Krisin gözlәri yumulurdu, qarasaçlı başını heç cür
qaldıra bilmirdi. Domi onu nә qәdәr dik tutmağa çalışsa
da, Krisin başı qarının çiyninә düşürdü. Ana dedi:
– Ona bir stәkan süd verib yerinә qoyun. Gündüz
az yatıb, elәmi?
Domi kinli-kinli Kikonu göstәrdi:
   264   265   266   267   268   269   270   271   272   273   274