Page 265 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 265
tdan salınmış şahzadə

– Sәn әsәbilәşirsәn, sәfeh, bu da anlaşılandı, – o MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
dedi. – Bayaq söylәdiyim ehtiyat tәdbirlәrini gör, hәr dә-
fә qarşokuna bax, mәnә dә mәlumat ver. 265

Ana dabanlarını taqqıldada-taqqıldada mәrmәr
pillәkәnlә düşürdü. Kiko onun әlindәn tutub, hәr pillәdә
ehtiyatla bir ayağını o birinin yanına qoyurdu. Birinci
meydançada dayanıb, sarışın başını yuxarı qaldırdı.

– Hәkim qarnımdan mismarı çıxartdı? – o soruşdu.
– Əlbәttә, – Ana cavab verdi. – Tamam sağalmaq
üçünsә gәrәk qulançar yeyәsәn.
Kiko qaşlarını düyünlәdi.
– Qulançar? – tәkrar soruşdu. – Uf, nә pis!
Uvenseslao furajkasını çıxarıb, maşının qapısını aç-
dı. Ana arxa oturacağa söykәnib, uşağı qucağına aldı. Bir
anlığa sifәti tutuldu. Əlilә uşağın şalvarını yoxladı.
– İslatmısan, Kiko? – Ananın baxışları sәrtlәşdi.
– Azca, – uşaq qorxa-qorxa etiraf elәdi.
Ancaq Ana hirsini boğub gülümsәdi.
– Evә sür, – sürücüyә dedi.
Sonra Kikonu xәz paltosuna sıxıb әlavә elәdi:
– Yәqin, qorxduğuna görә olub, elәdi, balaca?
Ancaq daha belә elәmәyәcәksәn. İndi sәn ananla sakitcә
oturacaqsan, sabah da olacaqsan sapsağlam.
Kiko sarışın başını anasının sinәsinә sıxıb
gülümsәdi.
– Aha, – o tәkrar elәdi, – indi mәn sakitcә oturub,
sabah sağalacağam, elәdi, ana?

Axşam saat 20:00

Ana paltosunu soyunub, onu saymazyana Vitoraya
verdi.

– Senyora, hәkim nә dedi? – Vitora soruşdu.
– Dedi ki, görünmür.
   260   261   262   263   264   265   266   267   268   269   270