Page 268 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 268
Kiko da qardaşına baxıb başqa açıqcanı çevirdi.

– Mәn dә.

– Sәn bacarmırsan.

– Bacarıram.

– Dedim ki, bacarmırsan.

– Bacarıram!

– Bacarmırsan, çünki balaca cırtdansan.

– Mәn cırtdan deyilәm!

– Cırtdansan!

– Yox! – Kiko zırıldadı.

– Cırtdansan, nә mәktәbә gedirsәn, nә başqa yerә.

– Yox, yox! – Kiko bәrkdәn ağladı. Hәyәcanlanmış

Ana dәrhal qapıda göründü.

– Burda nә baş verir?

Kiko hıçqıra-hıçqıra izah etmәyә başladı:

– Xuan deyir ki, mәn balaca cırtdanam, mәn Marilo-

liyә mәktub yaza bilmirәm, mәn…

268 Ana çox da tәrәddüd etmәdәn Xuana iki şapalaq
vurdu. İkincidә әlini qaldırıb mızıldadı: “Bir dәnә dә

taxtdan salınmış şahzadә, – başını yırğalayıb, narazı

halda sözünә davam elәdi: – “Bilmirsәn bura nәdi – kral

sarayıdı, ya dәlixana”. O, Kikoya diyircәkli qәlәm

uzatdı.

– Götür, yaz, – dedi.

Kikonun al yanaqları, az qala açıqcaya toxunurdu.

O gülümsәyәrәk, Xuanın şübhәli baxışları altında cızma-

qara elәyirdi.

– Bu, “o”-du, – o dedi.

– Hәm dә “a”-dı? – Xuan soruşdu.

– Mәn bunu bilmirәm.

– Bax, әgәr “o”-ya quyruq qoysan, “a” olar, bax, belә, –

vә qәlәmi qardaşına qaytardı.

– Belә, Xuan?

– Aha.

Kiko şaquli әyri bir xәtt çәkib, başına nöqtә qoydu.

– Bu da “i”-dir, – o dedi.
   263   264   265   266   267   268   269   270   271   272   273