Page 274 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 274
Tete paketdәn Ennio Sandjustonun “Spidi Qon-
sales” plastinkasını çıxarıb Merçeyә uzatdı.

– “Spidi”ni qoy, Merçe, – o, xahiş etdi, – ona qulaq
asanda göyün yeddinci qatında oluram.

Birdәn Xuan yerindәn sıçradı.
– Saat neçәdi?
– Doqquzun yarısı.
– Kiko, Dovşan! – Xuan qışqırdı.
Hәr ikisi otaqdan götürüldü, ancaq Ana telefonla
danışırdı: “Hә… hә… hә… taxtdan salınmış şahzadә…
hә… belә çıxır ki, sәn haqlısan… hә, әlbәttә… yox,
mümkün olmadı… Allaha şükür…”
– Ana, – Kiko onun sözünü kәsdi, – olar Kuki
bibigilә qalxıb televizorda Dovşana baxaq?
– Sus! – Ana onun üstünә qışqırıb, gülümsәyә-
gülümsәyә telefonun dәstәyinә dedi: – Bağışla, uşaq
burdadı, eşitmәdim… elәdir ki var… çox tәәssüflәni-
274 rәm… necә istәyirsәn… hә… ona çatdıraram… axırı
yaxşı qurtaran hәr şey yaxşıdı…
Kiko vә Xuan analarının nә vaxt danışıb
qurtaracağını sәbirsizliklә gözlәyirdilәr, o isә ilk dәfә
oğlana naz-qәmzә elәyәn on altı yaşlı mәktәbli qız kimi
әsәbi halda gülürdü.
– Hә… danışarıq… bir qәrara gәlә bilmirәm…
istәnilәn başqa bir yerdә… hә… hә… әlbәttә… hә…
razıyam… razılaşdıq… onlar burdadı, indi olmaz… mәn
dә istәyirәm… özün dә bilirsәn… bunu gözәl bilirsәn…
yaxşı… sәfeh… razılaşdıq… görüşәnә qәdәr…
O, dәstәyi yerinә qoysa da, hәlә gülümsәyirdi. Kiko
isә tәlәsik dedi:
– Yuxarı qalxıb Dovşana baxa bilәrik?
Ana onun sözünü ağzında qoydu.
– Gedin, – dedi vә Kiko artıq balaca ayaqlarının
imkan verdiyi sürәtlә yerindәn götürüldüyü üçün
tәlәsik әlavә elәdi: – Hәkim dedi ki, daha onu narahat
elәmәyәk!
   269   270   271   272   273   274   275   276   277   278   279