Page 280 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 280
– Mәn gedirәm.
– Gedirsiniz?
– Bәli, senyora, siz axı mәni işdәn çıxartmısınız.
Ananın sifәti duruldu. O dedi:
– Domi, hәr şeyi öz bildiyiniz kimi yozmayın, mәn
sizi işdәn çıxarmamışam, danlamışam, bu isә başqa mә-
sәlәdi, lazım bilib danlamışam, ancaq uşaqlar sizi sevir,
mәn sizdәn razıyam, indi özünüz bilin.
Domi lap balacalaşmışdı, sifәti qırışmışdı. O, Rosita
Enkarnada kimi zorla eşidilәcәk sәslә dedi:
– Mәn nә deyirәm ki…
– Onda daha bu haqda danışmayaq, – Ana qәtiy-
yәtlә dedi. – Uşağı yatızdırmısınız?
– Mәlәk kimi yatıb, özünüz bir görәydiniz.
Ana koridora çıxanda Domiyә tәrәf baxdı:
– Oğlunuzun mәsәlәsinә gәlincә, bunu yadıma
salın. Mәn senyorla danışaram, bәlkә o, nәsә elәyә bildi.
280 O, qapını örtdü. Domi onun arxasınca baş barma-
ğını qaldırdı.
– Gördün? – dedi. – Guya heç nә olmayıb.
Vitora әl-qolunu oynatdı.
– Sizdәnsә heç olmaz! – onun üzünә bozardı. – Az
qalmışdı diz çökәsiniz. Əlbәttә, bu yaşda başqa harda
yaxşı yer tapa bilәrsiniz.
– Di bәsdi, sus, – Domi hirslә cavab verdi.
Vitora iri, ağ flakondan yemәk qaşığına maye süzüb
Kikonun ağzına apardı. Kiko üzünü bürüşdürüb mayeni
uddu. Sonra paltarının qolu ilә bir neçә dәfә ağzını bәrk-
bәrk sildi.
– Tfu, nә iyrәncdi! – o dedi.
Domi pilәtәnin altındakı gözcüyü açıb, sabun qırı-
ğını götürәrәk Kikoya baxdı.
– Hәlә bu qәdәr murdar yemәk yeyәn uşaq görmә-
mişәm, – deyib ütü otağına getdi.
Vitora qaşığı tasa atıb әllәrini belinә qoydu: