Page 251 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 251
tdan salınmış şahzadə

– A-ta-ta. MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
Qızcığaz “hәbsxananın” döşәmәsindәn tapdığı
plastmas quşu әlindә hәrlәdirdi. Kiko dedi: 251
– Bu, mәnim quşumdu. Onu mәnә Milad bayra-
mında bağışlayıblar, elәdi, Xuan?
Xuan süfrәni stoldan çәkib, onu “hәbsxananın”
üstünә atdı.
– Evin damıdı.
– Doğrudan da, evin damı oldu!
– Bircә stulu tәrpәtmә, yoxsa dam uçar.
Kris stulun vә kreslonun arasıyla imәklәdi. Kiko
qışqırdı:
– Quldur qaçır!
– O, daha quldur deyil, – Xuan cavab dedi.
Kiko çaşqın halda ona baxdı, sonra domuşub içәri
keçdi. O, Krisin yanında oturub, yıxılı stula söykәndi.
– Bax, Kris, bu, pәncәrәdi.
– A-ta-ta.
– Mәn ata olacağam, sәn – ana.
– A-ta-ta.
– “Bayır gözәl, evdә dadlı yemәklәr”, – Kiko başını
stulun ayaqları arasından çıxarıb mızıldadı. – Bax, Xuan,
mәn qaçdım!
Xuan artıq kresloda oturub, “Uzaq Qәrbin fәthi”ni
dizinin üstünә qoymuşdu.
– Mәn daha oynamıram, – o, başını qaldırmadan
dedi.
Kiko stulu kәnara çәkib çıxdı. Əlini Kristinaya
uzatdı. Qızcığaz “hәbsxanadan” çıxanda, o dedi:
– Piş-piş elәmәk istәyәndә deyәrsәn, yaxşı?
Kris heç nә başa düşmәdәn ona baxırdı.
– Tumanını islatsan, şapalaqlayaram. – O, әyilib
Krisin tumanına toxundu. – Bizim qızdan bircә dәnәdi!
Xuan, Kris tumanını islatmayıb.
– Yaxşı, әl çәk.
Kiko otağa göz gәzdirdi, maraqlı bir şey tapmadı-
ğından, qapıya yaxınlaşıb koridora çıxdı. Kristina onun
   246   247   248   249   250   251   252   253   254   255   256