Page 246 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 246
Axşam saat 18:00

Ana, onun arxasınca da Domi mәtbәxә girәndә,

Femio dimdik dayanıb – dabanları bir yerdә, çәkmәlә-

rinin burnu aralı, – başını aşağı salaraq, yalnız bununla

maraqlanırmış kimi, әlindәki furajkanı hәrlәdirdi. Vitora

ondan üç metr aralı, mәrmәr stolun yanında dayanıb,

yalandan gülümsәmәyә çalışırdı; ağzının yanları da do-

daqları kimi әmәllicә qızarmışdı. Kiko anasının әlindәn

darta-darta qabaqda gedirdi, ancaq Vitora ilә Femionun

ayrı-ayrı künclәrdә dayandığını görüb, yerindә qurudu.

– Daha dişlәmir, – mәyus halda dilini sürüdü.

– Mәn elә qorxdum, – Ana dedi, – fikirlәşdim, dalaş-

mısınız.

Vitora çalışırdı özünü elә aparsın ki, guya heç nә ol-

mayıb, ancaq hәr hәrәkәti, hәr sözü onu әlә verirdi.

– Kiko zarafat elәyirdi, – o, zorla güldü.

246 Qızı qucağında tutmuş Domi Vitoraya göz vurub,
onun sözünә qüvvәt verdi:

– Bu uşaq görmәdiyi şeyi dә uydurur.

Ana mәtbәxin ortasında uyuyubmuş kimi, hәrәkәt-

siz durmuşdu.

– Bağışlayın, – dedi.

Vitora birdәn qabağa gәldi.

– Dayanın, axı mәn sizi tanış elәmәdim, – dedi. –

Bu – evin sahibәsidi, bu da – odur.

Ana әlini Femioya uzatdı.

– Çox xoşdu, – dedi.

– Senyora Domini artıq tanıyırsan.

– Necәsiniz, senyora Domi? – Femio soruşdu.

– Nә deyim, oğlum, – Domi cavab verdi, – hәmişәki

kimi.

Femio furajkasını hәlә dә әlindә hәrlәdirdi. Ana

dedi:

– Demәli, gedirsәn?

– Hә, sabah.
   241   242   243   244   245   246   247   248   249   250   251