Page 244 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 244
– Senyor Makariogilә? – Femio tәkrar elәdi. – Hә-
min bazar günündәn sonra mәnә qızıl da versәlәr, ora
getmәrәm.

– Yox bir! Onun nә tәqsiri var ki?
– Tәqsiri odu ki, gәrәk hәr şeyi adam kimi tәşkil elә-
yәsәn. Sәncә, bu işdi: sәndәn sәkkiz peset alalar, sonra
da hәr polis adı gәlәndә pәncәrәdәn tullanasan.
– Oy, heç demә, gülmәkdәn özümü zorla saxlayır-
dım.
Kiko ona yaxınlaşdı.
– Vito, sәn tumanını islatdın?
Vitora ilan çalmış kimi sıçradı.
– Əlini çәk!
Femio siqaret kötüyünü döşәmәyә atdı.
– Gör ha, düşüncәli uşaqdı.
Vitora pәrt oldu.
– Ağlına elә şey gәtirmә, qәsdәn demәdi.
Onlar qarşı-qarşıya durmuşdular.
244 – Mәn ağlıma heç nә gәtirmirәm, – dedi vә onun be-
lini qucaqladı.
Kiko yenә әsgәrin şalvarından çәkdi.
– Sәn niyә gecә burda qalmırsan, Femio?
Vitora әsgәrdәn aralandı.
– Əzizim, bizim artıq çarpayımız yoxdu.
– Var, – Kiko dedi.
– Var? Bәs hanı?
Uşaq ütü otağını göstәrdi.
– Qoy sәninlә Sevenin çarpayısında yatsın.
Vitoranın әli üzündә qaldı.
– Allah, sәn saxla! – o dedi. – Dilini dinc qoy.
– Atamla anam kimi, – Kiko sözünә davam elәdi.
Femio pәrtliyini gizlәtmәk üçün güldü.
– Cırtdan boyda olmağına baxma, ağlı işlәyir.
O, bic-bic uşağa baxdı, sonra bir dәnә dә siqaret çı-
xartdı, gözünü yumub, әliylә alovu qoruyaraq siqareti
yandırdı.
   239   240   241   242   243   244   245   246   247   248   249